Əziz Qadın.Netlilər, 2015-ci il yaxınlaşır. Çin təqviminə görə yeni il qoyun ili olacaq. Özüm buna çox önəm verməsəm də, məhz uşaqları sevindirmək, əyləndirmək və onlarla gözəl vaxt keçirmək üçün bundan istifadə edirəm.
Bayram günü çoxunuzun süfrələrini müxtəlif nemətlər bəzəyir. Sizə desert kimi bu tortu hazırlamağı məsləhət görürəm. Üstəlik bunu uşaqlarla etsəniz, əyləncəli zaman keçirmiş olarsınız.
Sizə tortun reseptini təqdim etmirəm.
Ürəyiniz istəyən hər hansı reseptlə hazırlaya bilərsiniz.
Sadəcə tortun "quzu" formasında yığılmasını göstərəcəyəm.
Əgər sizdə quzu keksini bişirmək üçün xüsusi forma varsa, ondan istifadə edə bilərsiniz.
Və yaxud da bir ədəd dördkünc, bir ədəd də kiçik dairə formasında biskvit lazım olacaq.
Biskvitlər şəkildə göstərilən formada kəsiilir.
Tortun yığılması adi tortda olduğu kimidir.
Tortun hər tərəfi kremlənir.
Quzumuz ilk görünüşünü almağa başladı, amma qıvrım "yunu" əskikdir. Krem qənnadı şprisinin vasitəsiylə kiçik gül formalı ucluqdan sıxılaraq quzunun hər tərəfi "yunla" örtülür. Quzunun "əl-ayağını" və "üzünü" boş saxlayırıq.
Şokolad yağını nazik ucluqlu qənnadı şprisindən sıxılaraq quzunun üz cizgilərini bənzətməyə çalışaq.
Qulaqlarını isə başqa rəngli kremlə bəzəyə bilərik.