Qadin.NET / Ananaslı, şokoladlı ev tortu (foto resept)

Ananaslı, şokoladlı ev tortu (foto resept)

Ərzaqlar:

Biskvit:

Biskvit üçün hər hansı kakaolu və ya şokoladlı biskvit

Krem:

300 q "Möcüzə" paket yağı

1 banka qaynadılmış, kakaolu qatılaşdırılmış süd (kakaolu qatılaşdırılmış südü 1 saat suyun içində qaynadın.)

Vanilin

Biskviti islatmaq üçün:

Ərik cemi

Arasına səpmək və bəzək üçün:

Qara şokolad

Şəkərləndirilmiş ananas

Hazırlanması:

Əvvəlcə kremi hazırlayırıq. Otaq temperaturunda yumşalmış kərə yağını köpüklü kütlə alınana qədər mikserlə çaldıqdan sonra az-az qatılaşdırılmış südü əlavə edərək kremi hazırlayırıq.  

Ananaslı, şokoladlı ev tortu (foto resept)

Üç yerə böldüyümüz biskvitin birinci qatını qızdırılmış ərik cemi ilə yaxçıca isladırıq.

Ananaslı, şokoladlı ev tortu (foto resept)

Kremi biskvitə yedirdərək çəkirik.

Ananaslı, şokoladlı ev tortu (foto resept)

Üzərinə qara şokoladı və şəkərləndirilmiş ananası sürtkəcin iri gözündən keçirərək səpirik.

Ananaslı, şokoladlı ev tortu (foto resept)

O biri biskvit qatlarında da eyni əməliyyatı edirik. Sonuncu qata şokolad və ananas səpmirik. Keçirik tortun bəzədilməsinə. Biskvit ovuntusu ilə tortun hər tərəfini örtürük. Üzərini ananas və dekorativ şokoladla bəzəyirik.

Ananaslı, şokoladlı ev tortu (foto resept)
Dekorativ şokoladı şəkildə gördüyünüz kimi hazırlamaq üçün şokoladı su hamamında əridirik (yəni içində su olan qaba şokolad qabını yerləşdirib ocaqda əridirik). 
Ananaslı, şokoladlı ev tortu (foto resept)
Folqanı əlimizdə əzişdirib (əzilmiş naxışlar şokoladın üzərinə gözəl görünür) yenidən açırıq. Üzərinə ərinmiş şokoladı bıçaqla yayırıq.
Ananaslı, şokoladlı ev tortu (foto resept)
3-4 dəqiqə gözləyib folqanı yan-yana qoyduğumuz 2 enli oxlovun üzərinə yerləşdiririk (şokoladın dalğalı alınması üçün). Şokolad bərkiyənə qədər soyuq yerdə (soyuducuda yox) saxlayırıq.
Ananaslı, şokoladlı ev tortu (foto resept)

Daha sonra ehtiyyatla şokoladı folqadan ayırırıq. Şokoladı zövqümüzə uyğun şəkildə qıraraq tortun üzərinə yerləşdiririk. 

Ananaslı, şokoladlı ev tortu (foto resept)

Nuş olsun!

28 noyabr 2014
GO BACK