Tərkibi:
Xəmir üçün:
4 ədəd yumurta
200 q şəkər tozu
120 q ələnmiş un
Kremi üçün:
250 q qaymaq (36%-lik)
2 paket vanilin
5 x.q şəkər tozu
1 paket pudinq
Üzərı üçün:
50 q "Möcüzə" paket yağı
50 q qara şokolad
İç üçün:
3 x.q ərik cemi
400 q banan
Hazırlanması:
Əvvəlcə biskviti hazırlayaq. Sonra yumurtanın ağını sarısından ayırın. Ayırdığınız ağları mikser qabına tökün. İndi isə mikseri işə salırıq. Yumurta ağlarını köpüklənənədək çalırıq. Bu ərəfədə şəkər tozunun yarısını əlavə edib yenə çalırıq, şəkər tozu əriyənə qədər çalin. İndi isə yumurta sarısını köpüklənənədək çalırıq. Bu ərəfədə şəkər tozunu əlavə edib yenə çalırıq. Yumurta ağı ilə sarısı olan çaldığımız məhlulları üç dəfəyə az-az bir-birinə əlavə edib yenidən qarışdırın. Sonra isə barmağınızı məhlula batırın. Əgər qarışım barmağın ucunda durursa, onda çalmağı dayandırın. Bu qarışımın üzərinə ələnmiş un əlavə edərək qaşıqla asta qarışdırın. Asta qarışdırmaq ona görə lazımdır ki, köpüklər yox olmasın. Diametri 26 sm olan formanı yağlayıb unlayın. Xəmiri unlanmış formaya tökün. 180°РЎ-də 20-30 dəqiqə ərzində bişirin.
Bişəndən sonra biskviti soyudun (öz bişdiyi qabında).
İndi isə ərik cemi ələkdən keçirilməlidir.
İndi isə keçirik kremin hazırlanmasına. Krem şanti də ola bilər və ya özünüz bəyəndiyiniz hər hansısa bir kremdən istifadə edə bilərsiniz.
İndi isə cemi soyumuş biskvitin üzərinə çəkirik.
Cemin üzərinə soyulmuş, ikiyə bölünmüş bananları düzün.
Bananın üzərindən krem çəkin.
Biskvitin ikinci hissəsinin üzərindən də krem çəkirik. Torta krem çəkiləndən sonra tortu 4 saatliq soyuducuya yerləşdiririk. Bu ərəfədə şokoladı əridin. Şokoladı su hamamında əridi, yəni şokolad olan qabı su olan başqa bir qabin üzərinə yerləşdirib, oçağa qoyub əridirik. Sonra əridilmiş şokolada yağ əlavə edirik (ilıq olanda).
Tort olan qabın kənarlarını açıb rahatlıqla tortu çıxarıb servis edəcəyimiz qaba qoyuruq. Üzərinə şokolad sousunu töküb hamarlayırırq.
Arzuya görə şokoladla tortun təkcə üzərini və ya ətraflarını da örtə bilərsiniz.
Budur, tortumuz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)