Tərkibi:
Xəmir üçün:
2 ədəd yumurta
8 x.q şəkər tozu
10 x.q süd
6 x.q duru yağ
8 x.q ələnmiş un
2 x.q qarğıdalı nişatası
2 ç.q qabartma tozu
1 paket vanilin
Üzəri üçün
1 paket krem şanti
2 ədəd banan
90 q yumurta ağ
180 q şəkər tozu
60 ml su
1 çimdik duz
1 çimdik limon duzu
Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu köpüklənənədək möhkəm çalırıq.
İndi isə süd və duru yağı əlavə edirik.
İndi isə un, qabartma tozu, vanilin və nişastanı əlavə edirik.
Unutmayın, bu ərəfədə mikserdən istifadə etməyəcəyik.
Dairəvi tort qabına yağlı kağız sərib xəmirin yarısını əlavə edirik (iki hissə olacaq). 160-180 dərəcədə isidilmiş sobada hazır olana qədər bişiririk. Bu ərəfədə krem şantini hazırlayırıq. Krem çanti istəməsəniz, qatlaşdırılmış süd ilə yağı qarışdırıb krem əldə edin. Soyudulmuş biskvitə bir az şirin su çəkin ki, biskvit nəmlənsin. İndi bir qədər krem çəkib üzərinə doğranmış bananları düzün.
Biskvitin ikinci hissəsini bananın üzərindən qoyuruq.
İndi isə biskvitin üzərini və kənar hissələrini kremləyirik.
İndi isə yenidən mikseri işə salırıq. Yumurta ağlarını köpüklənənədək çalırıq.
Bu ərəfədə şəkər tozunu, duzu və limon duzunu əlavə edib yenə çalırıq. Mikserdə qarışdırdığımız bezeni biskvitin üzərinə və kənarına çəkirik. İstədiyimiz kimi bəzəyirik (kremdən, ya da ki, hazır güllərdən düzürük). Rəngli ulduzları da səpin ki, daha da gözəl görünsün.
Soyuducuda bir qədər saxladıqdan sonra çıxarıb kəsə bilərsiniz.
Buyurun, tortumuz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)