Tərkibi:
400 q ələnmiş un
180 q "Möcüzə" paket yağı
2 ədəd yumurta
120 q şəkər tozu
1 ç.q qabartma tozu
1 paket vanilin
1 çimdik duz
100 q qoz ləpəsi
50 q fındıq
100 q yerfındığı
50 q badam
100 q üzüm qurusu (tumsuz)
Krem üçün:
180 q "Möcüzə" paket yağı
1 qutu qaynadılmış qatılaşdırılmış süd
Üzəri üçün:
200 ml qaymaq
2 x.q qatlaşdırılmış süd
2 x.q buzlu su
2 ç.q kofe
3 ədəd rəngli yumru konfet
1 ç.q kakao
1 paket vanilin
Şəkər xəmirindən bəzək
Qida boyası (yaşıl rəngdə)
Hazırlanması:
İlk olaraq xəmiri hazırlayın. Yumşaq yağı, duzu və şəkər tozunu çalın. Sonra yumurta əlavə edin,
bir az çalın və sonda un və qabartma tozu əlavə edin. Qatı xəmir edənə qədər qarışdırın.
Sonra bu xəmiri 40 dəqiqə soyuducuda saxlayın. Daha sonra soyuq xəmiri az-az kəsib ət maşından keçirin. Sonra şəkildə gördüyünüz kimi yağlı kağızın üzərinə yığın.
190 dərəcədə qızdırılmış sobada 25 dəqiqə ərzində bişirin. Xəmir bişib hazır olduqdan sonra elə olduğu kimi soyumağa qoyun.
Bu ərəfədə ləpələri qovurun.
Əvvəlcə bir qabda buzlu su ilə kofe və kakaonu qarışdırın. Sonra qaymaqla qatılaşdırılmış südü və qarışmış kofe ilə kakao bir yerdə möhkəm çalınır. Sonda isə vanilin əlavə edin. Əvvəlcə kirpinin üzünü bəzəyin. Ələnmiş kakao ilə kirpinin üzü bəzənilir. İndi isə kremlə kirpinin üstünü (belini) bəzəyin. Burun, göz etmək üçün "M&M" konfetlərindən istifadə edin. Konfetləri də qatlaşdırılmış südlə yapışdırın. İndi isə kirpinin ətrafını bəzəyin. Qaymaqlı kremdən bir az götürün, üzərinə yaşıl boya əlavə edin, qarışdırın və həmin kremlə də yarpaqlar edin. Yarpaqları mətbəx şprisi ilə edin ki, kirpi gözəl görünsün. Sonda isə hazır gül və çiçəklərlə üzərini bəzəyin. Tortumuz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)