Qadin.NET / Qaymaqlı tort (foto resept)

Qaymaqlı tort (foto resept)

Tərkibi:

500 q qaymaq (15%-lik)

200 ml "Möcüzə" duru yağı 

2 st. şəkər tozu

2 ədəd yumurta

1 paket vanilin

3 st. ələnmiş un

2 x.q kakao

1 ç.q soda (sirkədə söndürülmüş)

Krem üçün: 

400 q qaymaq (30-35%-lik)

  300 q yoqurt

1 st. şəkər tozu

1 paket vanilin

1 banka ananas (konserviləşdirilmiş)

Hazırlanması: 

Əvvəlcə yumurta və şəkər tozunu mikserlə köpüklənənədək çalırıq və bu arada duru yağı əlavə edib, yenə çalırıq. Sonra çala-çala qaymağı əlavə edin.

Qaymaqlı tort (foto resept)

Unutmayın, bu ərəfədə mikserdən istifadə etməyəcəyik. İndi isə un və vanilini əlavə edin. Sonda isə söndürülmüş sodanı əlavə edin. Çox ehtiyatla qarışdırın.

Qaymaqlı tort (foto resept)

Qaba yağlı kağız sərib un səpirik, hazır xəmiri iki yerə bölün və birini qaba tökün. 180 dərəcədə isidilmiş sobada 25-30 dəqiqə bişməyə qoyun. 

Qaymaqlı tort (foto resept)

İndi isə xəmirin ikinci hissəsinə kakao əlavə edin, qarışdırın və onu da yağlı kağız üzərinə töküb bişirin.

Qaymaqlı tort (foto resept)

Biskvit hazır olduqdan sonra soyumağa qoyun. Sonra hər biskviti iki və ya üç yerə bölün.

Qaymaqlı tort (foto resept)

İndi isə keçirik kremin hazırlanmasına.  Qaymağı və yoqurtu mikserlə yaxşıca çalıb şəkər tozu və vanilin əlavə edib möhkəm çalırıq. 

Qaymaqlı tort (foto resept)

Kremdən bir az saxlayın ki, tortun üzərini bəzəyə biləsiniz. Qarışdırdığımız qaymağa xırda doğranmış ananas əlavə edirik. Mikserdə qarışdırdığımız qaymağı biskvitin üzərinə və yanlarına çəkirik (birinci ağ, sonra qara biskvit). Eyni qayda ilə biskvitin 2-ci və 3-cü hissələrinə də krem çəkin.

Qaymaqlı tort (foto resept)

Zövqə görə bəzək verin. Belə də edə bilərsiniz: ananas halqalarını qoya bilərsiniz, aralarına kokos səpib yanlarına da ya kokos,

ya da şokoladı sürtkəcdən keçirib və səpə bilərsiniz və ya kremdən kiçik gül bəzəkləri edə bilərsiniz.

Qaymaqlı tort (foto resept)

Budur, qaymaqlı tortumuz hazırdır!

  Qaymaqlı tort (foto resept)

Nuş olsun!
(Tərcümə edilib)
2 noyabr 2014
GO BACK