Xəmir üçün:
3 ədəd yumurta
75 q “Möcüzə” paket yağı
60 q şəkər tozu
80 q qovrulmuş fındıq
15 q kakao tozu
Yarım qurudulmuş limon qabığı (sedra)
Şokoladlı krem üçün:
1 ədəd yumurta
1 ədəd böyük limon
50 q şəkər tozu
80 q şokolad (60%)
Bəzək üçün:
250 q böyürtkən
Limon sedrası
1 ç.q şəkər kirşanı
Hazırlanması:
Sobanı yandırın və dərəcəsini 180 dərəcəyə qoyun. Fındığı blenderdən keçirin.
Yuşalmış yağı şəkər tozu ilə qarışdırın.
Onun da üzərinə bir-bir yumurta sarılarını əlavə edin. Yumşaq krem sestenziyası alınana qədər çalın. Sonra isə kakao tozu ilə qarışdırılmış unu, limon sedrasını, fındığı əlavə edin və mikserin ən az dərəcəsində çalın.
Yumurtaların ağını kənarda ağ köpüklər əmələ gələnə qədər çalın və sonra isə xəmirə əlavə edin.
Əvvəlcə yumurta ağlarını az-az əlavə edin və qarışdırın. Xəmir tədricən şəkildəki hala düşəcəkdir.
Xəmiri 25 dəqiqə ərzində 1800C-də bişirin. Sonra isə qoyun soyusun.
Keks bişənə qədər isə kremi hazırlayın. Şəkər tozu və yarım limon sedrasını qarışdırıb 10 dəqiqə saxlayın.
Sonra isə limonun suyunu sıxıb şəkər tozlu qarışıma əlavə edin. Onu da üzərinə yumurta əlavə edərək çırpma teli ilə qarışdırın.
Kremi asta xodlu odda isidin və dayanmadan qarışdırın.
Sonra isə onun üzərinə şokoladı əlavə edin və qarışdırın. Təbii ki, kremi qazın üzərindən götürəndən sonra isti ikən üzərinə şokoladı əlavə edib qarışdırmaq lazımdır. Şokolad həll olandan sonra kremi otaq temperaturunda saxlayın ki, soyusun.
Otaq temperaturunda soyumuş kremi keksin üzərinə əlavə edin. Sonra isə üzərini giləmeyvə, sedra ilə bəzəyib soyuducuya qoyun. Tortumuz soyuducuda ən az iki saat qalmalıdır. Bu müddət ərzində krem yaxşıca bərkiyəcək və dadı keksə də keçəcək.
Şokoladlı tortumuz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)