Qadin.NET / Kremli ad günü tortu(foto resept)

Kremli ad günü tortu(foto resept)

Kremli ad günü tortu(foto resept)

Tərkibi:

Xəmir üçün:

4 ədəd yumurta

225 q əridilmiş "Möcüzə" paket yağı

200 q qəhvəyi rəngli şəkər tozu

225 q ələnmiş un

2 ç/q qabartma tozu

Üzəri üçün

1 paket krem şanti

1 st. süd

250 q mövsümü meyvələr (üzüm, narıngi, şaftalı, çiyələk)

Bəzək üçün

85 q doğranmış badam

Tort üçün şam

Rəngli ulduzlar

Hazırlanması:

İlk olaraq xəmir üçün olan bütün ərzaqları qarışdırıb qatı məhlul alırıq.

Kremli ad günü tortu(foto resept)

Dairəvi tort qabına yağlı kağız sərib, qatı xəmiri əlavə edirik.

Kremli ad günü tortu(foto resept)

160-180 dərəcədə isidilmiş sobada 25-30 dəqiqə ərzində bişiririk. Bu ərəfədə krem şanti və südü qarışdırırıq.

Kremli ad günü tortu(foto resept)

Soyudulmuş biskvitə bir qədər krem çəkib üzərinə yuyulmuş, doğranılmış meyvələri düzürük.

Kremli ad günü tortu(foto resept)

Biskvitin ikinci hissəsini meyvə üzərindən qoyuruq.

Kremli ad günü tortu(foto resept)

İndi isə biskvitin kənar hissələrini kremləyirik və kremlənmiş hissəni doğranmış badamla bəzəyirik.

Kremli ad günü tortu(foto resept)
Kremli ad günü tortu(foto resept)

Kremdən bir qədər götürüb  tortun mərkəzinə çəkirik. Kənar hissələrinə kremdən güllər düzürük.

Kremli ad günü tortu(foto resept)

Hər kremli gülün üzərinə və tortun mərkəzinə meyvə düzürük. Rəngli ulduzları da səpməyi unutmayın.

Kremli ad günü tortu(foto resept)

Budur, ad günü tortumuz hazırdır!

Kremli ad günü tortu(foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

14 avqust 2014
GO BACK