Tərkibi:
5 yumurta
1 st şəkər
1 st un
1 x/q nişasta
0.5 ç/q soda
Kakao
300 q kərə yağı
1 banka qatılaşdırılmış süd
100 q qoz
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
5 yumurtanı 1 st şəkərlə ağarana qədər çalırıq, 1 x/q qaşığı nişasta, 0.5 ç/q soda, 1 çimdik duz əlavə edib bir azca da çalırıq. Sonra un əlavə edib qaşıqla qarışdırırıq. Bunu iki hissəyə ayırıb, bir hissəsinə zövqə görə kakao əlavə edirik.
Listə falqa sərib hazır məhlulu ora tökürük. 180 dərəcə temperaturda 20-25 dəqiqəyə hazır olur.
Sobadan çıxardığımız layları ələyin üstünə qoyuruq. Əgər münasib ələk yoxdursa dəsmalın üstünə də qoymaq olar.
Hər layı bıçaqla 2 hissəyə ayırırıq. Adi qaydada krem hazırlayırıq.
Hər layın arasına krem çəkib qoz səpirik.
Qalan kremə kakao qatıb tortun üstünü bəzəyirik.
Nuş olsun!