Qadin.NET / Zolaqlı "Napoleon" tortu (foto resept)

Zolaqlı "Napoleon" tortu (foto resept)

Tərkibi:

Sadə xəmir üçün:

200 q "Möcüzə" paket yağı

3 st. un

3 x.q sirkə

0,5 ç.q soda

1 ədəd yumurta

Vanil

Yarım st. soyuq süd

Kakaolu xəmir üçün:

200 q "Möcüzə" paket yağı

3 st. un

3 x.q sirkə

3 x.q kakao

0,5  ç.q soda

1 ədəd yumurta

Vanil

Yarım st. soyuq süd 

Krem üçün:

4 st. süd

3 st. şəkər

1 qab qatılaşdırılmış süd

5 x.q un

3 ədəd yumurta

400 q "Möcüzə" paket yağı

Vanilin

Hazırlanması:

Sadə xəmir üçün yağı unla ovub umac edirik. 

Zolaqlı "Napoleon" tortu (foto resept)

Soda sirkədə söndürülür. Unu  əlavə edib soyuq süd ilə xəmiri yoğururuq.  

Zolaqlı "Napoleon" tortu (foto resept)

Sonra xəmir 10 kündəyə bölünüb, 20 dəqiqəliyə soyuducuya qoyulur.  

Zolaqlı "Napoleon" tortu (foto resept)
Kakaolu xəmir üçün yağı unla ovub umac edirik. Soda sirkədə söndürülür. 
Zolaqlı "Napoleon" tortu (foto resept)

Kakao və unu da əlavə edib soyuq su ilə xəmiri yoğururuq. 

Zolaqlı "Napoleon" tortu (foto resept)
Sonra xəmir 10 kündəyə bölünüb 20 dəqiqəliyə soyuducuya qoyulur.   
Zolaqlı "Napoleon" tortu (foto resept)
Kündəni yayıb, qızılı rəng alana qədər 200 dərəcəlik sobada bişiririk.     
Zolaqlı "Napoleon" tortu (foto resept)

Kremi hazırlamaq üçün yağdan başqa bütün ərzaqları qarışdırırıq. 

Zolaqlı "Napoleon" tortu (foto resept)
Sonra isə ocağın üstündə vam istilikdə bir buğum qaynatmaq lazımdır.  
Zolaqlı "Napoleon" tortu (foto resept)

Soyuyandan sonra  400 q yağ əlavə edilir və mikserlə çalınır, vanil əlavə olunur.

Zolaqlı "Napoleon" tortu (foto resept)

Korjun birini sadə, o birini kakaoludan əzib tortun üstünə tökmək üçün ovuntu hazırlanır.

Zolaqlı "Napoleon" tortu (foto resept)

Digər bişmiş korjlar 1 sadə və 1 kakaolu olmaqla qoyularaq  kremlənib üst-üstə yığılır.

Zolaqlı "Napoleon" tortu (foto resept)

Ovuntu tortun üzərinə vurulur. 

Zolaqlı "Napoleon" tortu (foto resept)

Hazır tortun üstünü örtüb, kremi canına yaxşı çəkməsi üçün bir gecə saxlamaq lazımdır.

Zolaqlı "Napoleon" tortu (foto resept)

Zolaqlı "Napoleon" tortumuz hazırdır.

Zolaqlı "Napoleon" tortu (foto resept)

Nuş olsun!

17 iyun 2014
GO BACK