Tərkibi:
5 st.un
250 qr "Wellington" kərə yağı
4 ədəd yumurta
1 st.şəkər tozu
4 x.q.sirkə
Yarım ç.q.soda
4 x.q.mürəbbə suyu
1 paket vanil
Kremi üçün:
1 ədəd qatılaşdırılmış süd
3 st.süd
2 st.şəkər tozu
4 x.q.un
300 qr "Wellington" kərə yağı
Vanil
Üzəri üçün:
1 ədəd plitka şokolad
Hazırlanması:
Yağı sürtkəcdən keçirib, un əlavə edirik və ovuruq.
Qalan ərzaqları əlavə edib, yumşaq xəmir yoğruruq.
8 kündəyə bölürük. Yarım saat soyuducuda saxlayırıq.
Sonra un töküb yayırıq, listin alt üzünə qoyuruq.
180 dərəcədə bişiririk. 8 kündənin hamsını bu üsulla edirik.
Krem üçün ərzaqların hamsını (vanildən başqa) qarışdırırıq. Qazın üzərində bişririk.
Tam soyuduqdan sonra vanili və kərə yağını əlavə edib, mikserlə çalırıq.
Napoleonun yuxalarını kremləyirik. Üzərinə şokoladı sürtkəcdən keçirib vururuq.
Şokoladlı napoleon tortumuz hazırdır.