Qadin.NET / Kokoslu-albalılı tort (foto resept)

Kokoslu-albalılı tort (foto resept)

Tərkibi:
Xama - 200 q 

"Wellington" kərə yağı - 200 q 
Un - 3 st.
Vanil - zövqə görə
Soda - 1 ç/q

Şəkər tozu (zövqə görə)

Alma sirkəsi - 0,5 ç/q

İçlik:

Albalı - 120 q

Krem üçün:

Xama - 600 q
Şəkər tozu - 120 q
Bəzək üçün
Kokos - 50 q

Hazırlanması:
Ərzaqlar otaq temperaturunda olmalıdır. 

Kokoslu-albalılı tort (foto resept) 

Yağ və xama qarışdırılır, un və soda əlavə edilib xəmir hazırlanır. Xəmir yumşaq və elastik olmalıdır. Xəmir sellofana bükülüb 2 saat  soyuq yerdə saxlanır.

Kokoslu-albalılı tort (foto resept)

Xəmir gözlədilənə kimi içliyimizi hazırlayırıq.

Kokoslu-albalılı tort (foto resept)

Albalının suyunu sıxmaq lazımdır. Nə qədər quru olarsa, bir o qədər yaxşıdır.

Kokoslu-albalılı tort (foto resept)

Xəmir şəkildəki kimi 16 hissəyə bölünür.

Kokoslu-albalılı tort (foto resept)

Şəkildəki kimi xəmir yayılır, içinə albalı qoyulur və üzərinə şəkər əlavə edib xəmiri bağlayırıq. 16 hissəyə bölünmüş xəmirin hamısı növbə ilə şəkildəki kimi hazırlanıb qaba yığılır.

Kokoslu-albalılı tort (foto resept)

Hazırladığımız xəmir qabın içinə qoyulur və 200 dərəcədə 20 dəqiqə bişirilir.

Kokoslu-albalılı tort (foto resept)

Bişdikdən sonra keks soyudulur.

Kokoslu-albalılı tort (foto resept)

Xama və şəkər qarışdırılır və tortun üzərinə yayılır.

Kokoslu-albalılı tort (foto resept)

Qarışığın keksə hopması üçün bir qədər gözləmək lazımdır. Daha sonra ən az 3 saatlıq soyuducuya qoyuruq. 

Kokoslu-albalılı tort (foto resept)

Sonda üzəri kokosla bəzədilir.

Kokoslu-albalılı tort (foto resept)

Kokoslu-albalılı tortumuz hazırdır.

Kokoslu-albalılı tort (foto resept)

Nuş olsun!

(tərcümə edilib)

8 iyun 2014
GO BACK