Tərkibi:
3 ədəd yumurta
1 st. şəkər tozu
1 armudu st. "Zeytun Bağları" zeytun yağı
1 armudu st. süd
2 st. un
Vanil
1 ç.q qabartma tozu
1 ç.q soda
1 ədəd portağalın qabığı (sürtkəcdən keçrilmiş)
Şokolad sousu üçün:
1 st. su
Yarım st. süd
3 x.q kakao
5 x.q şəkər tozu
Üzəri üçün:
1 paket krem şanti
1 st. süd
Kokos
Damla şokolad və ya rəngli ulduzlar
Hazırlanması:
Yumurta və şəkər tozunu mikserlə çalırıq.
Yağ, süd, portağal qabığını əlavə edib yenidən mikserlə çalırıq.
Soda və qabartma tozunu, unu əlavə edib qarışdırırıq.
Xəmiri yağlanmış şüşə qaba tökürük.
180 dərəcədə bişiririk.
Biskvit ilıq olanda qalın millə deşirik. Çox yaxın olmasın ki, bir-birinə dəyməsin.
Sousu üçün su, süd, kakao və şəkəri bir qabın içinə tökürük və qaynayana qədər qarışdırırıq.
Qaynayanda 5 dəqiqə saxlayırıq. Daha sonra biskvitin hər yerinə bu sousdan tökürük.
Krem şantini südlə çalırıq və 10 dəqiqə soyuducuda saxlayırıq.
Tortun üzərinə krem şantini çəkirik.
Sonra tortun üzərini istədiyimiz kimi kokos, şokolad və ya ulduzla bəzəyirik.
Şişləmə tortumuz hazırdır.
Nuş olsun!