Tərkibi:
7 ədəd yumurta
3 st. şəkər tozu
6 x.q bal
6-8 x.q "Wellington" əridilmiş kərə yağı
1 ç.q soda
1 x.q sirkə
7 st un
Vanil
Kremi üçün:
3 st. süd
2 st. şəkər tozu
3 x.q un
Vanil
300 qr. "Wellington" kərə yağı
Arası üçün:
Süd
Üzəri üçün:
1 ç.q. aqar
Yarım st. şəkər tozu
Yarım st. su
Sarı rəng
Hazırlanması:
Un və sodadan başqa ərzaqların hamısını çalırıq və qazın üstünə qoyuruq. Vam xodda üzəri köpürcək olana kimi (şəkəri ərisin) bişirilir.
Sonra üzərinə sodanı sirkədə söndürüb tökürük. Unu əlavə edib, qarışdırırıq.
Xəmiri 3 hissəyə ayırırıq.
Listi yağlayırıq, xəmiri listin içinə tökürük. Əlimizə yağ vurub, listin içinə yayırıq.
170 dərəcədə bişiririk.
Kremini hazırlamaq üçün süd, şəkər tozu, unu qarışdırıb qazın üzərində bişririk.
Tam soyuduqdan sonra kərə yağını, vanili qatıb mikserlə çalırıq.
Korjların qıraqlarını kəsirik və blenderdən keçiririk.
Korjun üzərinə süd çəkirik və krem vururuq.
3 korju da bu qaydada edirik. Tortun qıraqların kremləyirik və ovuntu vururuq.
Üzəri üçün ərzaqları qarışdırırıq və bişiririk. Qaynayanda odun üzərindən götürürük.
Soyuyana yaxın tortun üzərinə tökürük, tez çöplə forma veririk ki, bərkiməsin.
"Arı yuvası" tortumuz hazırdır.
Nuş olsun!