Tərkibi:
10 ədəd yumurta
2 stəkan şəkər tozu
2 stəkan un
2 ədəd qabartma tozu
1 ədəd vanil
Krem üçün:
300 q "Wellington" kərə yağı
1 ədəd qatlaşdırılmış süd
Vanil
Qlazur üçün:
3 x.q kakao
1 stəkan süd
1 x.q un
50 q "Wellington" kərə yağı
250 q qoz ləpəsi
Hazırlanması:
Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq.
2 stəkan şəkər tozunu yumurtanın üzərinə az-az əlavə edib mikserlə çalırıq.
Beze halına gəlir.
Qarışıma yumurta sarılarını az-az əlavə edib yenidən mikserlə çırpırıq.
Una 2 ədəd qabartma tozu, 1 ədəd vanil əlavə edib qarışıma əlavə edib qaşıqla qarışdırırıq.
Alınan məhlulu 2 yerə bölüb bir hissəsinə 3 x.q kakao əlavə edirik. Əvvəlcədən qazanımızı qızdırıb, folqa kağızı sərib yaglayırıq. 3 x.q ağ məhluldan ortasına toküb, üzərinə 3 x.q kakolu məhluldan əlavə edirik. Bu minvalla məhlul bitənə qədər belə davam edirik. Vam xodda sobamızın üzərində (üstə dəm almaq şəklində) qapağı dəsmalla bağlı şəkildə 1 saat bişiririk.
Nuş olsun!