Tərkibi:
Yumurta - 3 ədəd
Şəkər tozu - 8 xörək qaşığı+100 qram
Un - 8 xörək qaşığı
Qabartma tozu - 10 qram
Su -5 xörək qaşığı
Qatılaşdırılmış süd - 170 qram
Xama (20%-li) - 120 qram
Yarım limonun suyu
Qırmızı qarağat - 1 stəkan
Qara qarağat - 1 stəkan
Quru süd - 1 stəkan
Yoqurt - 180 qram
Kəsmik (yağlı) - 100 qram
Jelatin - 20 qram
(jelatınin halal formasını tapmayanlar aqar-aqar istifadə edə bilərlər)
Bəzək üçün:
Kokos
Hazırlanması:
İlk öncə biskviti hazırlayırıq. Bunun üçün yumurtanın sarısını ağından ayırırıq.
Yumurtanın sarılarını 4 xörək qaşığı şəkər tozuyla çalırıq. Ağ məhlul alınmalıdır. Çalmağa davam edə-edə 5 xörək qaşığı su əlavə edirik.
Yumurtanın ağını bir çimdik duz və 4 xörək qaşığı şəkər tozuyla beze halına gələnədək çalırıq.
Unu ələkdən keçirib ayrı qabda qabartma tozuyla qarışdırırıq. Üzərinə yumurta sarısınından hazırladığımız qarışığı tökürük. Ardından ehtiyatla bezeni töküb qarışdırırq.
Biskvit qabımıza mətbəx kağızı sərib yağlayırıq.
Xəmirimizi biskvit qabımıza töküb, 180 dərəcə istilikdə 30 dəqiqə bişiririk.
Hazır olduqdan sonra biskviti ortadan bölürük, alt tərəfini biskvit qabına yerləşdiririk.
İndi isə qarağatlı muss hazırlayırıq.
Bunun üçün qırmızı və qara qarağatları (dondurulmuş da ola bilər) blenderdən keçiririk. Üzərinə quru süd və 0.5 stəkan şəkər tozu əlavə edirik. Yenidən blenderdən keçiririk. Ardından kəsmik də töküb bir daha blenderdən keçiririk. Ən sonda isə yoqurtu tökürük, əvvəlcədən bişirilmiş jelatini də əlavə edib tez-tez qarışdırırıq. 5 dəqiqəlik soyuducuya qoyuruq.
Biskivit qabındakı biskivitin üzərinə mussun 2/3 hissəsini töküb biskivitin üst hissəsini yerləşdiririk. Üzərinə isə qalan mussu töküb yayırıq. 1 saat soyuducuda saxlayırıq.
Kremi hazırlayırıq. Qatılaşdırılmış südlə xamanı qarışdırıb mikserdə çalırıq və çala-çala yarım limonun suyunu tökürük.
Tortu biskvit qabından çıxarıb hər tərəfinə krem çəkirik və 30 dəqiqəlik yenidən soyuducuya qoyuruq.
Tortun üzərini kokosla bəzəyirik. Ortasına isə qarağat və bir-iki dənə nanə yarpağı yerləşdiririk.
Tortumuzu kəsdiyimizdə çox gözəl görünür.
Nuş olsun!
(Tərcümə olunub)