Qadin.NET / Fərqli görünüşlü iki tort (foto resept)

Fərqli görünüşlü iki tort (foto resept)

Fərqli görünüşlü iki tort (foto resept)

Birinci tort

Tərkibi:

500 qr qat-qat xəmir

Krem:

250-300 qr "Wellington" kərə yağı

1 ədəd qatılaşdırılmış süd

Vanil

Hazırlanması:

Qat-qat xəmir yayılıb nazik lentlər kəsilir, bir-birindən aralı şəkildə soba tavasına yığıb 180 dərəcədə hazır olana qədər sobada bişirilir.

Fərqli görünüşlü iki tort (foto resept)

Krem çalınır.

Fərqli görünüşlü iki tort (foto resept)

Stolun üzərinə sellofan sərib çubuqları kremlədikcə şəkildəki kimi üst-üstə yığırıq. 

Fərqli görünüşlü iki tort (foto resept)

Sellofanı hər iki tərəfdən tutaraq rulet şəklində sıx bururuq.

Fərqli görünüşlü iki tort (foto resept)

Gecədən hazırlayıbsınızsa, səhərə qədər soyuducuda saxlanılır. Soyuducudan çıxarıb zövqə uyğun bəzəyə bilərsiniz.

Fərqli görünüşlü iki tort (foto resept)

Nuş olsun!

İkinci tort

Tərkibi:

Xəmir üçün:

2-3 ədəd yumurta

2/3 st şəkər tozu

2-3 x/q bal

2,5-3 st un

0,5 ç/q soda

Krem üçün:

800 ml xama 15-20%

1 st şəkər tozu

500 qr kəsmik (və ya kəsmikli pendir)

Vanil

Hazırlanması:

Yumurta, şəkər tozu, bal mikserdə çalınır, soda əlavə edilir.

Fərqli görünüşlü iki tort (foto resept)

Un əlavə edib xəmir hazırlanır. Xəmir 3 hissəyə ayrılır.

Fərqli görünüşlü iki tort (foto resept)

Un səpib yayılır və lent şəklində kəsilir.

Fərqli görünüşlü iki tort (foto resept)

Bir-birindən aralı şəkildə soba tavasına yığıb 180 dərəcədə sobada hazır olana qədər bişirilir.

Fərqli görünüşlü iki tort (foto resept)

Şəkər tozu xama ilə çalınır, üzərinə kəsmik əlavə edilib çalınır.

Fərqli görünüşlü iki tort (foto resept)
Gördüyünüz kimi, şəkildəki formaya folqa sərilir, çubuqlar kremləndikcə üst-üstə yığılır.
Forma olmasa, stolun üzərinə sellofan sərib hazırlamaq olar.
Fərqli görünüşlü iki tort (foto resept)
Hazırladığınız tortu bir gün saxlayın. Formadan çıxarıb kremləyin. Zövqə uyğun bəzəyə bilərsiniz.
Fərqli görünüşlü iki tort (foto resept)
Nuş olsun!
                                                                                          (Tərcümə edilib)
20 mart 2014
GO BACK