Qadin.NET / Xaş-xaşlı tort (foto resept)

Xaş-xaşlı tort (foto resept)

Xaş-xaşlı tort (foto resept)

Tərkibi:

Biskvit üçün: 

4 ədəd yumurta

100 qram xaş-xaş

 50 qram un

180 qram şəkər tozu

1 ədəd qabarma tozu

 Krem üçün:

400 qr qatılaşdırılmış süd

200 qram yumşaq "Wellington" kərə yağı

Üzərini bəzəmək üçün:

 Badam ləçəkləri

 Hazırlanması:

Xaş-xaşlı tort (foto resept)

 Xaş-xaş qəhvə üyüdəndə üyüdülür və un ilə qarışdırılır.

Xaş-xaşlı tort (foto resept)

Yumurtanın ağını sarısından ayırırıq və yumurtanın ağını mikserlə yüksək sürətlə çalırıq. Tədricən sərt köpük olana yaxın şəkərini əlavə edib qarışdırırıq.

Xaş-xaşlı tort (foto resept) 
Sonra yumurtanın sarısını həll etdiyimiz qarışığın üzərinə əlavə edib, çəngəllə asta-asta qarışdırırıq.
Xaş-xaşlı tort (foto resept)

       Sonra onun üzərinə unla xaş-xaşı qarışdırıb, üzərinə də 1 ədəd qabartma tozu əlavə edib, şəkildə gördüyünüz kimi asta-asta qarışdırırıq. Hazırladığımız qarışığı tavaya töküb, 180 dərəcədə qızdırılmış sobaya qoyuruq və 30 dəqiqə ərzində bişiririk. Sobanın ağzını ilk dəqiqələrdə açmaq olmaz, çünki biskvit köpməz.

Xaş-xaşlı tort (foto resept)

        Və kremi hazırlamaq üçün ev şəraitində yumşalan yağı və qatılaşdırılmış südü (bişmiş halda) yaxşı-yaxşı qarışdırıb krem halına gətiririk.

                       Biskvit soyuduqdan sonra onu iki hissəyə ayırıb, arasını və üzərini kremləyirik. Üzərini isə badam ləçəkləri ilə bəzəyirik.

Xaş-xaşlı tort (foto resept)

Buyurub isti çayla nuş edə bilərsiniz. nyam

(Tərcümə edilib)

9 mart 2014
GO BACK