Qadin.NET / Meyvəli tort - 2 (foto resept)

Meyvəli tort - 2 (foto resept)

Tərkibi:

Xəmir üçün:

8 ədəd yumurta

2 st. şəkər tozu

2 st. un

2 ədəd qabartma tozu

2 ədəd vanel

Krem ücün:

300 qr "Wellington" kərə yağı

1 ədəd qatılaşdırılmış süd

Vanil

Bəzək ücün:

İstənilən meyvə

Jelatin tozu

200 qr qoz ləpəsi

Hazırlanması:

Meyvəli tort - 2 (foto resept)

Əvvəlcə yumurtaları ağını sarısından ayırırıq, ağına 1 cimdik duz əlavə edib mikserlə ağaranadək çalırıq.

Meyvəli tort - 2 (foto resept)

Üzərinə 2 st. şəkər tozunu az miqdarda əlavə edib yenidən mikserlə çırpırıq.

Meyvəli tort - 2 (foto resept)

Beze halına gəlir.

Meyvəli tort - 2 (foto resept)

Yumurtanın sarısınıda az miqdarda elavə edib mikserlə çırpırıq.

Meyvəli tort - 2 (foto resept)

Kənarda 2 st. unu 2 dəfə ələkdən keciririk.

Meyvəli tort - 2 (foto resept)

Üzərinə qabartma tozunu, vanili əlavə edirik, qaşıqla qarışdırırıq.

Meyvəli tort - 2 (foto resept)

Tavaya kalka kağızı sərib yaglayırıq, qarışığı tavaya tökürük.

Meyvəli tort - 2 (foto resept)

150 dərəcədə sobanı açmadan 25-30 dəq bişiririk.

Meyvəli tort - 2 (foto resept)

Qatılaşdırılmış südlə kərə yağını krem halına gətiririk.

Meyvəli tort - 2 (foto resept)

1 paket jelatin tozunu əvvəlcədən soyuq suda 1 saat isladırıq, sonra qaba 1 xörək qaşığı şəkər tozu əlavə edib, jelatini üzərinə boşaldırıq, qaynara düşənə qədər orta odda bişiririk. Tortumuzu kremləyib, qoz ləpəsini aralarına səpirik, ovuntuyla kənarlarını örtüb, meyvələri düzüb, jelatinimizi meyvələrin üzərinə gəzdiririk.

Meyvəli tort - 2 (foto resept)
Nuş olsun!
19 mart 2014
GO BACK