Tərkibi:
1 paket adi peçenye
1 paket kakaolu peçenye
4 x.q kakao
1 st un
1.5 st şəkər tozu
1 litr süd
1 ədəd yumurtanın sarısı
50-100 q "Wellington" kərə yağı
Bəzəmək üçün:
Kokos və ya fıstıq
Hazırlanması:
Kakao, un və şəkər tozunu bir qaba qoyub qarışdırırıq.
Qarışdıraraq südü əlavə edib yumurta sarısını da bura əlavə edib qarışdırırıq.
Sonra qarışığı yüksək odda qaynadırıq, bir az qatılaşanda otaq istiliyində olan yağı da bura əlavə edib qatı olana qədər qaynadırıq.
Qabın içərisinə falqa qoyuruq və bir az kakaolu kremdən əlavə edirik. Hər peçenyeni kremləyib şəkildə olduğu kimi yan-yana düzürük.
Tortumuzun kənarına da kremli peçenyelərdən düzürük.
Tortumuzun üzərini də kremləyib ən azı 8 saat soyuducuda saxlayırıq.
Daha sonra kənarlarına da qalan kremdən çəkirik.
Üzərini isə kokosla bəzəyirik. Daha gözəl görünməsi üçün çarpaz şəkildə dilimləyirik.
Tortumuz hazırdır.
Nuş olsun.
(Tərcümə edilib)