Biskvit üçün:
4 ədəd yumurta
1.5-2 st. şəkər tozu
1 st blenderdən keçrilmiş çiyələk (təzə və ya dondurulmuş)
1 st. duru yağ
2.st. un
Vanil
Qabartma tozu
Kremi üçün:
1 paket pasta kreması (və ya 2 paket krem şanti)
1.5 st süd
Üzəri üçün:
Tort üçün zər və balaca ulduzlar
Hazırlanması:
Əvvəla yumurtanın ağını sarısından ayırırıq. Yumurtanın ağını 1 stəkan şəkər tozu ilə çalıb beze edirik.
Yumurtanın sarısını 1 stəkan şəkər tozu ilə ağarana kimi çalırıq.
Çiyələyi blenderdən keçiririk.
Çiyələk və yağı yumurtanın sarısına əlavə edib yenidən mikserlə çalırıq.
Sonra 2 stəkan un, vanil və qabartma tozunu əlavə edib qarışdırırıq.
Bezeni də həmin qarışığa yavaş-yavaş əlavə edib qarışdırırıq.
Listi yağlayırıq, alınan qarışığı listə tökürük, 170 dərəcədə bişiririk.
Bişdikdən sonra soyuduruq. 2 rəqəmi kəsilmış kağızı biskvitimizin üzərinə qoyuruq və bu formada kəsirik, kəsdikdən sonra biskviti 2 hissəyə ayırırıq.
Tortumuzun arasını, üzərini və qıraqlarını kremləyirik.
Qıraqlarından çıxan biskiviti ovuntu edib tortumuzun qıraqlarına vururuq.
Üzərinə zər və ulduzları səpirik.
Nuş olsun!