Qadin.NET / Sadə tort (foto resept)

Sadə tort (foto resept)

Tərkibi:

1 ədəd kakaolu hazır keks

2-3 ədəd banan

Yarım stəkan qoz

1 paket kakaolu krem şanti

1 paket şokoladlı sous

Süd

Hazırlanması:

Dərin bir kasaya sellofan səririk.

Sadə tort (foto resept)

Başqa bir kasada kakaolu krem şantini 1 stəkan südlə qatılaşana qədər çırpırıq.

Sadə tort (foto resept)

Bananı 4 yerə bölüb nazik doğrayırıq.

Sadə tort (foto resept)

Qozu əlimizlə iri formada doğrayıb içinə əlavə edirik.

Sadə tort (foto resept)

Qaşıqla qarışdırırıq (varsa damla şokolad da əlavə edə bilərsiniz).

Sadə tort (foto resept)

Sellofan sərdiyimiz kasaya keksin yarısını qoyuruq. Hazırladığımız krem şantini ortasına tökürük.

Sadə tort (foto resept)

Ağırlıq düşdüyü üçün keks ortaya doğru çökəcək. Qaşıqla krem şantimizi keksin kənarlarına sürtürük.

Sadə tort (foto resept)

Keksin digər yarısını da üzərinə qoyub bir müddət soyuducuda saxlayırıq.

Sadə tort (foto resept)

Bu vaxtda sousu bişiririk.

Sadə tort (foto resept)

Paketin üzərində 2 stəkan yarım süd yazılsa da, tünd konsistensiya olması üçün biz 2 stəkan südlə bişiririk.

Sadə tort (foto resept)

İsti halda yavaş-yavaş düz bir tort qabına çevirdiyimiz keksin üzərinə tökürük.

Sadə tort (foto resept)
Sadə tort (foto resept)

Soyuducuda bir müddət saxlayıb servis edirik.

Sadə tort (foto resept)
 
Sadə tort (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

 

22 dekabr 2013
GO BACK