Qadin.NET / Dadlı "Snikers" tortu (foto resept)

Dadlı "Snikers" tortu (foto resept)

Tərkibi:

6 ədəd yumurta sarısı

1.5 st şəkər tozu

250 qr "Wellington" kərə yağı

3 st un

1 x.q mayonez

1 ç.q soda

1 ç.q limon suyu

Vanil

Beze üçün:

6 ədəd yumurta ağı

2 st şəkər tozu

Krem:

1 ədəd qaynadılmış qatılaşdırılmış süd

200 qr "Wellington" kərə yağı

1 st qovrulmuş yerfındığı və ya qoz ləpəsi

Üzəri üçün:

1 plitka şokolad

Hazırlanması:

Yumurta sarısı şəkər tozu ilə çalınır, üzərinə yumşaldılmış yağ əlavə edilib çalınır. Sodanın üzərinə limon suyu sıxılır, vanil və mayonez əlavə edilərək çalınır. Un əlavə edilib xəmir hazırlanılır. Xəmir çox kövrək və yumşaq olmalıdır. Hazır xəmiri 3 hissəyə ayırıb, sellofona büküb 1 saat soyuducuda saxlayırıq.

Yumurta ağı köpüklənənə qədər çalınır, üzərinə şəkər tozu əlavə edilib beze alınana qədər mikserlə yenidən çalınır.

Xəmirdən birini soyuducudan çıxarıb yağlanmış listə yayırıq.

Üzərinə bezenin 1/3 hissəsini qaşıqla yayırıq (qaşığın arxa hissəsi ilə bezenin üzərinə döyəcləyirik).

160 dərəcədə 30 dəqiqə ərzində hazır olana qədər bişiririk.

Kremi hazırlayırıq, layların arasına krem çəkib üzərinə yerfındığı və ya doğranmış qoz səpirik.

Zövqə görə tortu bəzəyə bilərsiz, sonda üzərinə əridilmiş şokolad gəzdiririk.

Əgər tortu balaca bişirmək istəyirsinizsə:

Tərkibi:

3 ədəd yumurta sarısı

3/4 st şəkər tozu

125 qr "Wellington" kərə yağı

1.5-2 st un

1 ç.q mayonez

0,5 ç.q soda

0,5 ç.q limon suyu

Vanil

Beze üçün:

3 ədəd yumurta ağı

1 st şəkər tozu

Krem:

150 qr "Wellington" kərə yağı

2/3 banka qaynadılmış qatılaşdırılmış süd

1 st qovrulmuş yerfındığı və ya qoz ləpəsi

Üzəri üçün:

1 plitka şokolad

Hazırlanması:

Hazırlanma qaydası yuxarıdakı kimidir. Formanın ölçüsü 24 sm olmalıdır.

Hazır tortu zövqünüzə uyğun bəzəyə bilərsiz.

Nuş olsun!nyam

                                                                                              (Tərcümə edilib)

Əziz xanımlar, hazırlanma qaydasını video görüntü ilə izləyə bilərsiz.

24 noyabr 2013
GO BACK