Qadin.NET / Şokoladlı, kokoslu tort (foto resept)

Şokoladlı, kokoslu tort (foto resept)

Tərkibi:

Biskvit üçün:

4 yumurta

6 x.q şəkər tozu

3 x.q kakao

3 x.q un

qabartma tozu

İçlik üçün:

1 st süd

6 x.q şəkər

200 qr kokos

100 qr "Wellington" kərə yağı

Qlazur üçün:

5 x.q süd

2 x.q kakao

3 x.q şəkər

50 qr "Wellington" kərə yağı

Hazırlanması:

Yumurtanın ağı sarısından ayrılır. Ağı 5 x.q şəkər tozu ilə çalınıb beze halına salınır. Daha sonra yumurtanın sarısı 1 x.q şəkərlə çalınır, yumurta ağının üzərinə yavaş-yavaş əlavə edilir.

Şokoladlı, kokoslu tort (foto resept)

Şokoladlı, kokoslu tort (foto resept)

Mikser dayandırılır və qalan kakao, un, qabartma tozu əlavə edilib taxta qaşıqla qarışdırılır.

Şokoladlı, kokoslu tort (foto resept)

Və hazır olmuş xəmir diametri təxminən 20 sm olan yağlanmış qabda 180-200 dərəcə temperaturda bişirilir.

Şokoladlı, kokoslu tort (foto resept)

Bu şəkildə bir biskvit alınır.

Şokoladlı, kokoslu tort (foto resept)

İçliyi hazırlamaq üçün şəkər tozu, süd, kokos və yağ  bir qazana qoyulub, təxminən az odda 15 dəq bişirilir. Hazır olduğunu alınan qarışığın qazanın divarına yapışmamasından bilmək olar.

Şokoladlı, kokoslu tort (foto resept)

Şokoladlı, kokoslu tort (foto resept)

Qarışıq soyuyandan sonra biskvit 2 bərabər hissəyə ayrılır və bu şəkildə içlik iki qatın arasına vurulur.

Şokoladlı, kokoslu tort (foto resept)

Tortun üzərinə qlazur və kokos vururuq. Və tortumuz hazırdır.

Şokoladlı, kokoslu tort (foto resept)
Şokoladlı, kokoslu tort (foto resept)

Nuş olsun! nyam

14 oktyabr 2013
GO BACK