Tərkibi:
10 ədəd yumurta
2 stəkan şəkər tozu
2 stəkan un
2 paçka qabartma tozu
2 ədəd vanil
Krem üçün:
1 ədəd qatılaşdırılmış süd
250 q "Wellington" kərə yağı
Vanil
Bəzəmək üçün:
Krem şanti
2 st süd
Çiyələk
Qoz ləpəsi
Hazırlanması:
Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq.
Yumurtanın ağına 2 stəkan şəkər tozu əlavə edərək mikserlə çalırıq.
Yumurtanın sarısını qarışığa əlavə edirik yenidən mikserlə çalırıq.
2 stəkan unun üzərinə az miqdarda qabartma tozu əlavə edərək, qarışığa qatıb qaşıqla qarışdırırıq.
Biskvitimizi əvvəlcədən qızdırılmış sobada 150 dərəcədə 30 dəqiqə bişiririk, soyuduqdan sonra biskvitimizi 4 yerə bölürük, kremləyirik, qoz ləpəsi səpirik.
Tortumuz hazırdır.
Nuş olsun!