Qadin.NET / Rəngarəng tort (foto resept)

Rəngarəng tort (foto resept)

Rəngarəng tort (foto resept)

Tərkibi:

12 yumurta

2 stəkan şəkər tozu

2 stəkan un

2 paket xəmir qabartma tozu

2 paket vanil

2 xörək qaşığı kakao

Krem üçün:

2 ədəd qatlaşdırılmış süd

500 qr "Wellington" kərə yağı

Vanil

Bəzək üçün rəngli karandaş, nabat

Qlazur üçün:

1,5 st süd

1 xörək qaşığı un

50 qr "Wellington" kərə yağı

1 st şəkər tozu

Hamısını yapışmayan bir tavada qatışdırıb vam xodda qatılaşana qədər bişiririk.

Rəngarəng tort (foto resept)

Əvvəlcə 12 yumurtanı ağını-sarısından ayırırıq.

Rəngarəng tort (foto resept)

Yumurtanın ağına 1 çimdik duz qatıb mikserlə ağaranadək çırpırıq.

Rəngarəng tort (foto resept)

Üzərinə 2 stəkan şəkər tozunu az-az əlavə edərək yenidən çalırıq.

Rəngarəng tort (foto resept)

Qarışığa yumurta sarısını əlavə edib yenidən mikserlə çalırıq.

Rəngarəng tort (foto resept)

Kənarda 2 stəkan unu ələkdən 2 dəfə keçirib üzərinə 2 paket qabartma tozu, 1 ədəd vanil qatıb qaşıqla qarışdırırıq.

Rəngarəng tort (foto resept)

Və qarışığa əlavə edib taxta qaşıqla qarışdırırıq.

Rəngarəng tort (foto resept)

Kütləni tam yarıya bölün, təxminən bu həcmdə. Qazana karka kağızı sərib qarışığı əlavə edirik.

Rəngarəng tort (foto resept)

Qalan hissəsinə isə 2-3 xörək qaşığı kakao əlavə edib onu da eyni qaydada qazana tökürük, vam odda sobanın üzərində bişiririk. Qazanın qapağını dəsmalla örtürük ki hava keçməsin. 30 dəq. ağzını açmırıq. 30 dəq. sonra çöp batırıb baxırıq, bişməsə yenidən 15-20 dəq. bişiririk. 

 Rəngarəng tort (foto resept)

Biskvitlərimiz hazır olduqdan sonra soyuduruq.

Rəngarəng tort (foto resept)

Kremimizi hazırlayırıq.

Rəngarəng tort (foto resept)

Qlazurumuzu hazırlayıb soyuduruq.

Rəngarəng tort (foto resept)

Biskvitlərimizin hər birini ortadan 2 yerə bölüb kremləyirik, aralarına qoz əlavə edirik, soyudulmuş qlazuru tortumuzun üzərinə yaxırıq, üzərini kremlə bəzəyirik, karandaşla üzərinə rəngarəng naxışlar qoyuruq. Mən nabatlardan da istifadə etmişəm.

Rəngarəng tort (foto resept)
Tortumuz hazırdır.
Nuş olsun!
29 sentyabr 2013
GO BACK