Qadin.NET / "Zövq" tortu (foto resept)

"Zövq" tortu (foto resept)

Tərkibi:

3 ədəd yumurta

150 qr şəkər tozu

150 qr un

Albalı kompotu və ya albalı

100 qr şokolad

Krem üçün:

250 qr krem

250 qr maskorpone pendiri

150 qr şəkər tozu

Hazırlanması:

Yumurtanı şəkər tozu ilə 5-7 dəqiqə çalırıq.

Daha sonra unu əlavə edib yenə çalırıq və biskiviti bişirəcəyimiz qaba tökürük. 180 dərəcədə, sobada 20-25 dəqiqə bişiririk.
Bir az bişəndən sonra albalı kompotunu əlavə edirik.
Daha sonra isə tumları çıxarılmış albalıları biskvitin üzərinə düzürük.
Başqa bir qabda kremi çalırıq.
Maskorpone pendirini və şəkər tozunu əlavə edib yaxşıca çalırıq.
Hazırladığımız və üzərinə albalı kompotu və albalı dənələri düzdüyümüz biskivitin üzərinə kremi də tökürük.
Başqa bir boşqabda şokoladı sürtkəcdən keçiririk.
Şokoladı da bikvitin üzərinə əlavə edib, 3-4 saat soyuducuya qoyuruq.
Nuş olsun!
31 avqust 2013
GO BACK