Qadin.NET / "Maşa və Ayı" tortu (foto resept)

"Maşa və Ayı" tortu (foto resept)

Bizə 2 ədəd biskvit lazım olacaq (ağ və kakaolu)

Tərkibi:

10 yumurta

2 st. şəkər tozu

1 st. su

2 paçka vanil

2 paçka qabartma tozu

16 x.q. un

4 x.q. qarğıdalı nişastası

2 x.q. kakao

Kremi üçün:

2 paket pasta kreması

2 st. süd

Qatlaşdırılmış süd

Arası üçün:

Damla şokalad

Üzəri üçün:

"Maşa və Ayı" vaflisi

Rəngli konfetlər

Hazırlanması:

Yumurtanın ağını sarısından ayrırıq, yumurtanın ağını mikserlə 10 dəqiqə çalırıq və şəkər tozunu qatıb 5 dəqiqə yenidən çalırıq və sarısını əlavə edib mikserlə yaxşı çalırıq.

Un, nişasta, qabartma tozu və vanili bura əlavə edib yenidən qarışdırırıq.

Balaca listi yağlayırıq və alınan xəmiri qabın içinə tökürük.

180 dərəcəlik sobada bişiririk. 2-ci biskviti də bu formada hazırlayırıq (həm də əlavə olaraq ona kakao qatırıq).




Biskvitləri 2 hissəyə bölürük (kakaolu biskvitin iç hissəsindən qıraqları üçün götürüb ovuruq).

Pasta kremasını və südü mikserlə çoxlu çalırıq, bura qatılaşdırılmış südü əlavə edib yenə çalırıq.

Ağ biskviti qoyuruq (altına karka kağızı səririk ki, kremləyəndə qab bulaşmasın) və kremləyirik, üzərinə damla şokolad səpirik. Kakaolu biskviti qoyub yenidən kremləyirik və damla şokalad səpirik, bələliklə hamısını bu formada edirik, son hissəsinə heç nə vurmuruq.

Qıraqlarına ovuntunu vururuq.

Üzərinə "Maşa və Ayı" vaflisindən qoyuruq və açıq qalan hissəsinə rəngli konfetlərdən səpirik.

"Maşa və Ayı" tortumuz hazırdır.

Nuş olsun.nyam
19 noyabr 2013
GO BACK