Qadin.NET / "Shokostar" tortu (foto-resept)

"Shokostar" tortu (foto-resept)

Tərkibi:

Biskvit  üçün:

5 ədəd yumurta

1.5 st şəkər tozu

2 st un

Qabartma tozu

4 x.q duru yağ 

Nişasta

Krem üçün:

Krem şanti

Süd

Qatılaşdırılmış süd

Bəzəmək üçün:

Çiyələk

Şokolad

Rənglı qələmlər 

"Shokostar" tortu (foto-resept)

Əvvəlcə  yumurtanın ağını bərkiyənə qədər çalırıq.

"Shokostar" tortu (foto-resept)

 Sonra şəkər tozunu əlavə edib, yenə də çalırıq.

"Shokostar" tortu (foto-resept)

 Yumurtanın sarısının üzərinə duru yağı qatıb xəmirin üzərinə əlavə edirik və 4 xörək qaşığı suyu da töküb taxta qaşıqla qarışdırmağa  başlayırıq.

"Shokostar" tortu (foto-resept)

 

"Shokostar" tortu (foto-resept)

Sonra isə un, qabartma tozu və nişastanı töküb yenə qarışdırırıq.

"Shokostar" tortu (foto-resept)

 

"Shokostar" tortu (foto-resept)

Qabımızı yağlayıb xəmirimizi bişməyə qoyuruq.

"Shokostar" tortu (foto-resept)

İndi isə başlayaq kremi hazırlamağa.

"Shokostar" tortu (foto-resept)

Şantini və südü mikserlə bərk olana qədər çalırıq.

"Shokostar" tortu (foto-resept)
"Shokostar" tortu (foto-resept)

Sonra üzərinə qatılaşdırılmış süd qatıb yenə də çalırıq və budur, kremimiz də hazırdır.

"Shokostar" tortu (foto-resept)

Şokoladı sürtkəcdən keçiririk 

"Shokostar" tortu (foto-resept)

 Çiyələkləri doğrayıb, üzərinə şəkər tozu əlavə edib bir az yumşalmasını gözləyirik.

"Shokostar" tortu (foto-resept)

Biskvitimiz hazırdı artıq, onu 3 yerə bölürük.

"Shokostar" tortu (foto-resept)

Soyuduqdan sonra kremləyib arasına çiyələk düzürük, hər qatı eyni edirik.

"Shokostar" tortu (foto-resept) 

Sonra da üzərini kremləyib rəndələdiyimiz şokoladı hər tərəfə səpirik (qıraqlarına və üzərinə), zövqə görə bəzəyirik.

"Shokostar" tortu (foto-resept)
 
"Shokostar" tortu (foto-resept)

P.S. Bu tortu da eyni resept ilə etmişəm, sadəcə bunu dərin qabda hazırlayıb ortasına gəlincik yerləşdirmişəm. lol

"Shokostar" tortu (foto-resept)
23 may 2013
GO BACK