Qadin.NET / Çiyələkli "Ürək" tortu (foto resept)

Çiyələkli "Ürək" tortu (foto resept)

Tərkibi:

4 ədəd yumurta

12 x.q. şəkər tozu

3 x.q. süd

8 x.q. un

5 x.q. su

Qabartma tozu

Vanil

Kremi üçün:

1 paket pasta kremi

1 st. süd

Yarım st. şəkər tozu

Çəhrayı rəng 

Üzəri və içi üçün:

400-500 q "Bizim Tarla" - Dondurulmuş meyvələrdən çiyələk

Hazırlanması:

Yumurta və şəkər tozunu mikserlə çoxlu çalırıq, sonra südü əlavə edib yenidən çalırıq. Un, qabartma tozu və vanili töküb qarışdırırıq.


Ürək olan qabı yağlayıb unlayırıq, hazır xəmri qaba tökürük.

180 dərəcəlik sobada 20 dəqiqə bişiririk.

Pasta kremasının üzərinə süd və şəkər tozunu əlavə edib mikserlə çalırıq. Qaymaq və rəngi də qatıb yenidən çalırıq.


Biskviti 2 yerə bölürük. İçinə krem çəkirik və çiyələkləri 2 yerə bölüb kremin üzərindən qoyuruq. Qalan biskviti çiyələyin üzərindən qoyuruq.


Tortun üzərini və qıraqlarını kremləyirik və hər tərəfinə 2 hissəyə bölünmiş çiyələk qoyuruq.


Tortumuz hazırdır.

Nuş olsun!
20 dekabr 2013
GO BACK