Tərkibi:
Keksin tərkibi:
4 ədəd yumurta
1 st. şəkər
1 armudu st. süd
Yarım armudu st. duru yağ
3 x.q. kakao
1, st. + 1/3 st. un
1 paket qabardıcı
Kremin tərkibi:
4 st. süd
4 x.q. un
3 x.q. nişasta
80 qr. şokolad
200 qr. labne pendiri
1/2 st. pudra şəkəri
1/2 st. albalı mürəbbəsinin suyu
1 ç.q. vanil
Şokoladın sousunun tərkibi:
1 st. süd
1 ç.q. un
1 dolu x.q. kakao
1/2 st. şəkər
40 qr. şokolad
1 dolu ç.q. "Wellington" kərə yağı
1 ç.q. vanil
Keksi islatmaq üçün:
1 st. süd
Hazırlanması:
Əvvəl keksi hazırlayaq.
Yumurtaların sarılarını ağından ayırırıq. Sarıları şəkərlə ağarana qədər çalırıq. Süd və yağı da əlavə edib çalırıq. Ağını bir çimdik duzla qar halına gələnə kimi çalırıq. Qar halındakı ağları sarıların üzərinə əlavə edib yüngülcə qarışdırırıq. Un,kakao və qabardıcını da əlavə edib asta-asta qarışdırırıq.
Listi yağlayıb, unlayırıq və qarışığı listə tökürük.Əvvəldən isidilmiş 180 dərəcəli sobada keksi bişiririk.
Krem üçün qazana süd,un və nişasta əlavə edib bişiririk.
Kremi ocağın üstündən götürüb içinə labne pendirini,şokoladı və pudra şəkərini əlavə edib qarışdırırıq.
Ən son albalı mürəbbəsinin suyunu və vanili də əlavə edib qarışdırırıq.
Keksi iki yerə bölüb alt hissəni yenidən bişirdiyimiz listə qoyuruq və yarım stəkan südlə isladırıq.
Kremin hamısını töküb yayırıq.Üzərinə keksin digər hissəsini də örtüb isladırıq və soyuducuya qoyuruq.
Bu arada şokolad sousunu hazırlayaq. Süd,şəkər,kakao və unu əlavə edib qatılaşana kimi bişiririk. Ocaqdan götürüb şokoladı,vanili və kərə yağını əlavə edib qarışdırırıq.
Soyuducudan tortu çıxarıb ilıq hala gəlmiş şokoladı üstünə töküb yayırıq. Yenidən 3-4 saatlıq soyuducuya qoyuruq.
Tortumuz hazırdır. Servis edəndə üzərini kokos və şokolad qırıntıları ilə bəzəyib dilimləyirik.
Nuş olsun.