Qadin.NET / Qozlu, ballı tort (foto resept)

Qozlu, ballı tort (foto resept)

Tərkibi:

300 q yumşalmış  "Wellington" kərə yağı

4 ədəd yumurta

1.5 st. şəkər tozu

3 x.q. bal

1 ç.q. sirkə

1 ç.q. soda

4-5 st. un

Arası üçün:

300 q qoz

Kremi üçün:

2 ədəd qaynadılmış qatılaşdırılmış süd

300 q "Wellington" kərə yağı

Vanil

Hazırlanması:

Bütün ərzaqları qaba tökürük, sirkənin üzərinə sodanı töküb söndürüb bura qatırıq, məhlulu buxarın üzərinə qoyuruq, 5-6 dəqiqə buxarda əriyir, sonra buxarın üzərindən götürürük, un əlavə edib qarışdırırıq.


Çox bərk olmamalıdır, əlimizlə tavaya yaya biləcək bir xəmir olmalıdır. Xəmiri 5 kündəyə bölürük, 4-ü iri, 1-i balaca olmalıdır (üzəri üçün).


Qozu doğrayırıq.

Yağla qaynadılmış qatılaşdırılmış südü mikserlə çalırıq.

Tavanı əvvəl yağlayırıq, sonra bir az un səpirik ki, xəmir yapışmasın. Xəmiri tavaya əlimizlə yayırıq, doğranmış qozu da onun üzərinə tökürük, onu da əlimizlə xəmirin üzərinə yayırıq. 180 dərəcəlik sobada bişiririk. Qalan 3 kündəni də bu formada qozla bişiririk. Üzəri üçün olan xəmirə qoz vurmuruq.


Biskvitləri üst-üstə qoyub hər tərəfini kremləyirik. Üzəri üçün olan biskviti ovub üzərinə və qıraqlarına vururuq.


Qozlu, ballı tortumuz hazırdır.

Nuş olsun.nyam

15 dekabr 2013
GO BACK