Tərkibi:
8 ədəd yumurtanın ağı
1 st şəkər tozu
200 qr qoz ləpəsi
3 x/q un
Bir çimdik darçın
Krem üçün:
0,5 st süd
0,5 st kakos südü
0,5 şəkər tozu
4 ədəd yumurta sarısı
1/4 st qaynadılmış qatılaşdırılmış süd
300 qr "Wellington" kərə yağı
3 ç/q vanilli şəkər
2 x/q albalı arağı və ya hər hansı içki
Üzəri üçün:
2-3 x/q ərik cemi
200 qr ağ şokolad
2 x/q qaymaq
50 qr tünd şokolad
Badam
Hazırlanması:
Əvvəlcə kakos südünün hazırlanmasın izah edirəm:
Dərin bir qaba 250 qr kakos və 1,5 st qaynar su əlavə edilib soyuyana qədər gözləmək lazımdır. Soyumuş məhlul təmiz ağ parçanın arasına tökülüb sıxılır və istifadə edilir.
Tortu hazırlamaq üçün əvvəlcə bişirəcəyimiz ölçünü kağız üzərində qələmlə forma verilərək hazır qoyuruq (5-6 ədəd).
Üyüdülmüş qoz ləpəsinə darçın və un əlavə edilib qarışdırılır.
Yumurta ağı mikserdə çalınır, üzərinə az-az şəkər tozu əlavə edilib beze alınana qədər çalınır.
Hazır bezeyə qoz qarışığı əlavə edilib qarışdırılır.
Kağız üzərinə hazır kütlədən qaşıqla əlavə edib yayırıq.
150 dərəcədə hazır olana qədər sobada bişiririk və isti-isti kağızdan ayırırıq.
Qazana süd, kakos südü əlavə edərək aşağı istilik dərəcəsində odun üzərinə qoyulub mikserlə çalınır. Üzərinə şəkər tozu, yumurta sarısı, vanilli şəkər əlavə edilərək çalınır, hazır olana qədər bişirilir və tam soyudulur.
Yumşalmış yağ qaynadılmış qatılaşdırılmış südlə çalınıb üzərinə albalı arağı,bişmiş krem qaşıqla əlavə edərək krem alınana qədər çalınır .
Qatlara krem çəkilərək üst-üstə yığılır və sonuncu qatın üzərinə ərik cemi çəkilir.
Ağ şokolad əridilərək üzərinə qaymaq əlavə edilib qarışdırılır və tortun üzərinə yayılır.
Tünd şokolad əridilərək tortun üzərində gördüyünüz kimi gəzdirilir.
Diş çöpü ilə əvvəlcə mərkəzdən qırağa doğru xətlər çəkilir. Sonra qıraqdan mərkəzə doğru təkrar edilir və kənarlarına xırdalanmış badam vurulur.
Sehirli tortumuz hazırdır .
Nuş olsun!
(tərcümə edilib)