Qadin.NET / "Nutella" tortu (foto resept)

"Nutella" tortu (foto resept)

Tərkibi:

4 ədəd yumurta

1,5 st. şəkər tozu

100 qr "Best Cow" kərə yağı

3 x.q bal

1 ç.q soda

5 x.q kakao

Apardığı qədər un

Arası üçün:

10%-li yağsız qaymaq və ya süd

Krem:

3 st süd

2 st şəkər tozu

2 x.q un

Vanil

300 qr "Best Cow" kərə yağı

Üzərinə:

2 x.q kakao

4 x.q şəkər tozu

6 x.q süd və ya su

50 qr "Best Cow" kərə yağı

Şəkər pudrası

Hazırlanması:

Xəmiri hazırlamaq üçün su hamamı lazım olacaq. İri bir qazana su tökülərək odun üzərinə qoyulur, xəmiri hazırladığımız qabı qazanın üzərinə yerləşdiririk. Qaba yağ, yumurta, şəkər tozu, bal, 2 st un əlavə edərək əl çırpması ilə şəkər tozu əriyənə qədər qarışdırırıq .

Hazır kütləni odun üzərindən götürüb soda, kakao, apardıgı qədər də un əlavə edib xəmir hazırlayırıq.

 

Xəmiri kündələrə ayırırıq.

 

Un səpib yayırıq. Un səpilmiş listə qoyub bıçaqla deşdəkləyib, 180- 200 dərəcədə hazır olana qədər bişiririk.

 

Qıraqların kəsərək formaya salırıq.

Qatlara qaymaq və ya süd çəkilir.

Qazana şəkər tozu, un əlavə edilib qarışdırılır, üzərinə süd əlavə edilərək odun üzərinə qoyularaq əl çırpması ilə qarışdırılır.
Hazır olduqda odun üzərindən götürülüb soyudulur. Yumuşaldılmış yağ, vanil mikserdə çalınaraq hazır kütlədən qaşıq-qaşıq əlavə edilib krem alınana qədər çalınır.
Qatlara krem çəkilərək üst-üstə yığılır.

Qazana süd, şəkər tozu, kakao əlavə edilir, odun üzərinə qoyulur, qaynayana qədər qarışdırılır. Qatılaşanda odun üzərindən götürülür, yağ əlavə edilib qarışdırılır.
Qlazur tortun üzərinə çəkilir.

Üzərinə şəkər pudrası səpilir. Yaxşı olar ki tort bir gün sonra dilimlənilib süfrəyə verilsin.
Nutella tortumuz hazırdr.
Nuş olsun!
 (tərcümə edilib) 
29 mart 2016
GO BACK