Qadin.NET / "Fantaziya" tortu (foto resept)

"Fantaziya" tortu (foto resept)

Tərkibi:

200-250 qr "Wellington" kərə yağı

4 ədəd yumurta sarısı

3 x.q xama

0,5 st şəkər tozu

1 ç.q soda

2,5-3 st un

1 x.q kakao

Beze üçün:

4 ədəd yumurta ağı

1 st şəkər tozu

 Arası üçün:

100 qr qoz ləpəsi

15-20 ədəd tumu çıxarılmış albalı

0,5 st cem

Krem:

1 ədəd qatılaşdırılmış süd

200 qr "Wellington" kərə yağı

50 qr  şokolad

Hazırlanması:

 Şəkər tozu yağla yaxşıca qarışdırılır.

Yumurta sarısı bir-bir əlavə edilərək çalınır. Xama, soda un əlavə edib xəmir hazırladılır. Xəmir 3 hissəyə bölünür: birinə kakao qatılır və 1 saat soyuducuda saxlanılır.

Formaya kağız sərilib yağladırılır, ağ kündənin biri yayılır, üzərinə nazik cem yayılır, xırda doğranmış qoz səpilir.

Kakaolu xəmirdən kiçik şariklər hazırlayıb ortasına albalı qoyulur.

Kakaolu toplar formaya yığılır.

Yumurta ağı şəkər tozu ilə çalınır. Hazır beze kakaolu topların üzərinə hərtərəfli yayılır.

Sobaya bişməyə qoyulur. Əgər beze tez qızararsa folqa ilə formanın üzəri bağlanılır.

Qalan xəmiri yayırıq, qızılı rəng alana qədər bişiririk

Krem hazırlanır. Bezeli qatın üzərinə  krem çəkib ikinci qatı qoyuruq. Hərtərəfli kremləyirik. Şokoladı əridib nazik xətt olaraq tortun üzərinə gəzdiririk.

Diş çöpü vasitəsi ilə qıraqdan içəriyə doğru xətlər çəkilir.

Tortumuz hazırdır.



Nuş olsun!

 

(tərcümə edilib)

 

24 iyul 2013
GO BACK