Tərkibi:
15 ədəd yumurta
4 st şəkər tozu
4 st un
2 ədəd vanil
2 ədəd qabartma tozu
250 q xırdalanmış qoz ləpəsi
Krem üçün:
250 qr kərə yağı
1 banka qatılaşdırılmış süd
2 ədəd vanil
Bəzəmək üçün:
Şanti krem
Şokolad
Zər və muncuqlar
Doğranmış qoz
Hazırlanması:
Xəmirimizi hazırlamağa başlayaq. 10 yumurtanı yaxşıça çalırıq (bu alt hissənin biskvitidir).
Qazana karka kağızı yerləşdirib yağlayırıq. Daha sonra kütləni (yapışmayan qazana) əlavə edib, qapağına dəsmal büküb, ağzını kip örtərək qazın üstündə az xodda bişməyə qoyuruq, yarım saat qazanın ağzını açmaq olmaz, sonra baxaraq əgər bişməyibsə yenə qapağını qoyub gözləyirik. Bişdikdən sonra biskvitin qıraqlarını səliqə ilə qazanın divarından ayırıb soyumağa qoyuruq, daha sonra tərkibi 5 yumurta, 1st şəkər tozu, 1st un, qabartma tozu olan 2 biskvit daha hazırlayırıq.
Soyuduqdan sonra adi qaydada kremləyib, arasına qoz səpib, üst qatını ürək formasında kəsirik.
İstənilən zövqə görə bəzəməyə başlayırıq, mən bəzəmək ücün şanti kremdən, şokoladdan istifadə etdim.
Nuş olsun!