Qadin.NET / "Sara" tortu (foto-resept)

"Sara" tortu (foto-resept)

 Tərkibi:

1.5 st. un

1 st. şəkər tozu

200 qr. xama

2 x.q. sirkə

10 qr kərə yağı

50 qr. qoz ləpəsi 

2 ədəd yumurta

200 qr. qatılaşdırılmış süd

2 ç.q. soda

2 x.q. kakao

40 qr. ağ kişmiş

 

Kremi üçün:

 900 qr.  xama

1 qutu qaynadılmış qatılaşdırılmış süd

 

Qlazur üçün:

3 x.q.  xama

2 x.q. kakao

3 x.q. şəkər tozu

50 qr. kərə yağı

 

Hazırlanması:

  İlk öncə onu qeyd edim ki,bütün ərzaqlar ev temperaturunda olmalıdır.

 

Əvvəlcə krem üçün xamanı (bir gün öncədən) süzgəcdən keçirmək lazım olacaq.

Bunu etmək üçün, 900 qr. xamanı  tənzifə töküb(və ya pambıq dəsmala)süzgəcə qoyuruq və bir gecə sərin yerdə saxlayırıq.

Biskvit üçün: 2 yumurtanı və şəkər tozunu bir qabda yaxşıca çalırıq.

Digər bir qabda da 2 ç.q. soda və 2 ç.q. sirkəni yaxşıca çalırıq.
200 qr xamanı, yarım qutu qatılaşdırılmış südü və qarışdırdığımız sodanı yumurta ilə şəkərə əlavə edib yaxşıca çalırıq.
Daha sonra unu hissə-hissə əlavə edirik.
Tavanı yağlayırıq və un səpirik.Alınan kütləni təxmini 1 sm hündürlüyündə tavaya tökürük.
Biskvitimizi 180 dərəcədə qızdırılmış sobaya qoyuruq. 20-25 dəq üstü qızılı rəng alana kimi bişiririk.
Artıq qalan kütləni 2 yerə bölürük və bir hissəsinə 2-3 böyük qaşığ kakao töküb qarışdırırıq.
Tavanı yağlayırıq və növbə ilə kakaolu və kakaosuz xəmirimizi tökürük.
180 dərəcədə 20-25 dəqiqəyə üzü qızarana kimi bişiririk.
Bişmiş biskviti soyuduqdan sonra bölürük(şəkildə görduyunuz kimi).
Krem üçün xamanı (tənzifdəki xamanı)və qaynadılmış qatılaşdırılmış südə əlavə edirik və yaxşıca çalırıq.
Əvvəl bişirdiyimiz biskviti yaxşıca kremləyirik və doğranmış qozla, kişmişi üstünə düzürük
Böldüyümüz biskvitləri isə kremə batırıb biskvitin üzərinə düzürük(şəkildə gördüyümüz kimi).
Qlazuru hazırlayırıq.  
Şəkər tozu, xama və kakaonu bir qaba tökürüb ocağa qoyuruq.Qaynamağa başladıqda yağı əlavə edib əridirik və bir kənara qoyuruq.
Qlazur soyuduqdan sonra tortumuzun üzərinə əlavə edirik.
Nuş olsun!
(tərcümə edilib)
26 yanvar 2013
GO BACK