Qadin.NET / "Məhəbbət" tortu (foto resept)

"Məhəbbət" tortu (foto resept)

Tərkibi:

3 biskvit üçün:

9 ədəd yumurta

3 st. şəkər tozu

1.5 st.su

3 paçka qabartma tozu

3 paçka vanel

18 x.q.un


Kremi üçün:

250 qr.kərə yağı

1 banka qatılaşdırılmış süd

1 paçka vanel


Pasta kremi üçün:

1.5 st.soyuq süd

1 paçka "Pasta kreması"


Arası üçün:

Feyxoa mürəbbəsi


Üstü üçün:

 Muncuq

Boya rəngi və ya çuğundur suyu


Hazırlanması:

3 ədəd yumurtanı şəkəri tozu ilə birlikdə mikserlə çalırıq. Suyu əlavə edib bir daha çalırıq. Un, qabartma tozu və vaneli də töküb qarışdırırıq. Yağlanmış ürək formalı qaba töküb 180 dərəcədə bişiririk. Digər 2 biskviti də eyni qayda ilə hazırlayırıq.


Krem üçün kərə yağını, qatılaşdırılmış südü və vaneli qarışdırıb mikserlə çalırıq.

"Pasta kreması"nın üzərinə südü və rəngi əlavə edib mikserlə çalırıq.

1-ci biskvitin üzərinə əvvəl krem, kremin üzərindən də feyxoa mürəbbəsi çəkirik.  2-ci biskviti də bu formada edirik.


 3-cü biskvitin üzərini isə "Pasta kreması" ilə bəzəyirik. Şprislə tortun hər tərəfinə gül vururuq. Gülün üzərinə muncuq qoyuruq.

Tortumuz hazırdır.


Nuş olsun!

8 mart 2013
GO BACK