Tərkibi:
8 ədəd yumurta
3 st şəkər tozu
3 st qatıq
1 banka qatılaşdırılmış süd
1 paçka kakao
3 paçka vanel
3 paçka qabartma tozu
200 qr təmizlənmiş qoz ləpəsi
150 qr kərə yağı
Krem üçün:
1 banka qatılaşdırılmış süd
250 qr kərə yağı
2 paçka vanel
Arası üçün:
200 qr təmizlənmiş qoz ləpəsi
1 st albalı mürəbbəsinin şirəsi
Bəzək üçün:
Krem şantı
Şəkər xəmiri
Dekor karandaş (mən göy rəngində olandan istifadə edəcəm)
Hazırlanması:
Əvvəla yumurtaları yaxşıca çalırıq.
Daha sonra şəkər tozunu
Sonra isə isidilmiş kərə yağını, sonra qatığı ,3/1 hissə qatılaşdırılmış südü əlavə edib (hər birini əlavə etdikdə) yaxşıca çalırıq.
Axırda unumuzu ,vanel və qabartma tozunu əlavə edib qarışdırırıq.
Biskivitin xəmirinin birini ağ, o birisini isə kakaolu bişiririk.
Soyumuş biskivitimizin üzərinə əvvəl albalı murəbbəsinin şirəsini gəzdiririk,
sonra isə kremləyirik üstündən xırdalanmış qoz əlavə edib kakolu biskivitimizin də altını kremləyib üzərinə qoyuruq.
Həmin əməliyyatı bir də təkrar edəndən sonra kakaolu biskivitin üzərinə ağ biskiviti də kremləyib qoyuruq.
Üzərinə bir də nazik krem çəkəndən sonra şəkər xəmirini yayıb tortun üstünü örtüb bəzəməyə başlayırıq.
Daha sonra hazırladığımız topları salafan arasına qoyub barmağımızla yayırıq.
Yanımıza kiçik bir qabda su qoyuruq (ləçəklərimizi isladıb yapışdırmağa görə).
Sonra isə ləçəkləri tumurcuğun üstünə yapışdırmağa başlayırıq.
Qızıl gülümüz hazırdı. İndi isə qartopu oynayan kiçik oğlan düzəldək.
Bunun üçün göz kimi istifadə etməyə qara cörək otu, boyanmış şəkər xəmiri və iki ədəd diş çöpü götürdüm.
Tortumuz hazırdı. Əminəm ki, bir şey öyrədə bildım.
Nuş olsun!