Qadin.NET / Kakaolu, şokolad souslu "Napoleon" tortu (foto resept)

Kakaolu, şokolad souslu "Napoleon" tortu (foto resept)

Tərkibi:

250 q "Wellington" kərə yağı

5 st un

0.5 st sirkə

3 x.q. kakao

1 ç.q. soda

1 st soyuq su

Krem 1:

250 q "Wellington" kərə yağı

1 qutu qatılaşdırılmış kakaolu süd

Vanil

Krem 2:

4 st süd

2 st şəkər

3 x.q. un

3 ədəd yumurta

50 qr "Wellington" kərə yağı

1 paket şokolad sousu

1 st blendrdən keçirilmiş qoz

Vanil

Hazırlanması:

Yağı unla ovub umac edirik. Soda sirkədə söndürülür. Kakao və unu da əlavə edib soyuq su ilə xəmiri yoğururuq. Sonra xəmir 16-17 kündəyə bölünüb, 20 dəqiqəliyə soyuducuya qoyulur.

Kakaolu, şokolad souslu "Napoleon" tortu (foto resept)

Kündəni yayıb, qızılı rəng alana qədər 200 dərəcəlik sobada bişiririk.


1-ci krem çalınıb hazırlanır.

2-ci kremi hazırlamaq üçün yağdan başqa bütün ərzaqları qarışdırıb ocağın üstündə vam istilikdə bir burum qaynatmaq lazımdır. Soyuyana yaxın 50 qr yağ əlavə edilir və tam soyudulur.

 

Bişirdiyimiz krem tam soyuduqdan sonra birinci hazırladığımız kremlə qarışdırıb mikserlə çalırıq. 1 stəkan qozu əlavə edib qarışdırırıq.

Korjun birini əzib, tortun üstünə tökmək üçün ovuntu hazırlanır. Digər bişmiş korjlar kremlənib üst-üstə yığılır.
Hazır tortun üstünü örtüb, kremi canına yaxşı çəkməsi üçün bir gecə saxlamaq lazımdır.

Tortumuz hazırdır.


Nuş olsun!
25 avqust 2013
GO BACK