Tərkibi:
6 ədəd yumurta
1st şəkər tozu
1st un
1 x/q nişasta
vanel
Qabartma tozu
Kakao
1 biskivitə 6 ədəd, iki biskivitə 12 ədəd yumurta lazımdır. Biri ağ olur, o biri kakaolu
Hazırlanması:
Yumurtanın ağı saridan ayrılır. Ağı bize olana kimi şəkər tozu ilə çalınır.
Sonra ələyə 1st unu tökürük, üstünə vanel və qabartma tozu və nişastanı əlavə edirik.
Yumurtanın sarısının üzərinə un, yumurtanın ağı (un ələkdən qurtarana kimi davam edirik) qarışdırırıq.
Yumurtanın ağını qalanını da sarisinin üzərinə əlavə edib, qarışdırıb qaba tökürük.
2-ci biskivitə isə kakao tökürük.
Bu da biskivitlərimiz.
Biskivitləri bölüb içini astaca çıxardırıq. Həm ağdan, həm də qaradan.
Kreminə 1 qutu yağa bişmiş şirin süd əlavə edib kremləyirik.
Bu da tortumuz .Zövqə görə bəzəyirik.
Nuş olsun!