Tərkibi:
6 ədəd yumurta
3 st.şəkər tozu
1.5 st.duru yağ
3 st. sürtkəcdən keçrilmiş kök
1 st.blenderdən keçirilmiş qoz
1-2 x.q.darçın
Vanil
1 paçka qabartma tozu
3 st.un
Krem:
250 qr.kərə yağı
1 qutu qatılaşdırılımış süd
Vanil
Üzəri üçün:
Rəngli şəkər-xəmiri
Hazırlanması:
Yumurta ilə şəkər tozu çalınır.Duru yağı və qozu əlavə edib yenidən çalırıq, kökü əlavə edirik.Xəmirin tərkibində olan digər ərzaqları da əlavə edib qaşıqla qarıdışdırırıq.Xəmir 3 hissəyə bölünür.Ürək formalı qabda hər hissə ayrıca bişirilir.Sobada istilik 170 dərəcə olmalıdır.
Kremi hazırlayırıq.2 biskvitin arsını kremləyirik.
Hazır şəkər -xəmirini yayırıq tortun üstünə qoyub hər tərəfini bağlayırıq.
Qızılgülləri düzəltmək üçün şəkər xəmirin yayıb,armudu stəkanla kəsirik,5 dənəsini yan-yana qoyub büküb, sonra onu iki hissəyə bölürük .Yarpaq forması da kəsirik.(İstənilən rənglərdən istifadə edə bilərsiniz).
Şəkər xəmirli tortumuz hazırdır.
Nuş olsun qızlar!