Qadin.NET / Portağallı-limonlu tort (foto-resept)

Portağallı-limonlu tort (foto-resept)

Portağallı-limonlu tort (foto-resept) 

Tərkibi:

3 stəkan un

2 ədəd yumurta

250 qram kərə yağı

1.5 stəkan şəkər tozu

1çay qaşığı soda+1çay qaşığı sirkə

1ədəd vanil

 

İçlik:

2 ədəd portağal

1 ədəd limonun yarısı(turş olmasın)

2 stəkan şəkər tozu 


  Hazırlanması:

Yumurta ilə şəkər tozunu ağaranacan çalırıq. 

Portağallı-limonlu tort (foto-resept)
Portağallı-limonlu tort (foto-resept)

Yağı vam xodda əridib əlavə edirik,sodanı sirkədə açırıq, vanili və unu əlavə edib xəmir halına gətiririk.  

Portağallı-limonlu tort (foto-resept)

 Xəmiri 4 kündəyə ayırırıq, 1-ni ovuntu üçün kiçik edirik. 1 saat soyuducuda saxlayırıq. 

Portağallı-limonlu tort (foto-resept)

Portağal və limonu ət maşınından keşirib, şəkər tozunu əlavə edib, içlik hazırlayırıq.  

Portağallı-limonlu tort (foto-resept)
Portağallı-limonlu tort (foto-resept) 
Listin arxasını unlayıb kündələri əlimizlə yayırıq.  
Portağallı-limonlu tort (foto-resept) 
 180-200 dərəcədə üzəri qızarana kimi bişiririk. 
Portağallı-limonlu tort (foto-resept) 
Yuxaların arasına içlik qoyub üst-üstə yığırıq və hər tərəfinə ovuntusunu səpirik. 
Portağallı-limonlu tort (foto-resept)

  Tortumuz hazırdır.  

Portağallı-limonlu tort (foto-resept)

Nuş olsun!   

21 yanvar 2013
GO BACK