Əvvəl 4 ədəd yumurtanı köpüklənənə qədər mikserlə çalırıq.
Sonra 1,5 st şəkər tozunu əlavə edib, yenə də qarışdırmağa davam edirik.
Sonra yaxşıca yuyulmuş ağ gilas mürəbbəsinin meyvələrini əlavə edib yenə də mikserlə yaxşıca çırpırıq.
Sonra isə 150 qr kərə yağını, qaymağı əlavə edib yenə çalırıq və daha sonra unu, qabartma tozunu və vaneli əlavə edib qarışdırıb yağlanmış tavaya əlavə edirik.
Diqqət etmək lazımdır ki,qabartma tozu və vaneli unla eyni zamanda əlavə edilsin.
Hazırladığımız qarışığı yağlanmış tavaya əlavə edib 250 dərəcədə bişiririk.
Biskivitimizin ikincisi də bişdikdən sonra tam soyumağa
qoyuruq.
Bişirilən kütləni soyuduqdan sonra, kremləyib bəzəyirik.
Öz zövqümüzə görə tortumuzu bəzəyirik. Mən şəkər xəmirindən istifadə etdim.
Gələn xəbərdə tortun bəzədilməsi haqqında məlumat verəcəyəm.
Nuş olsun!