Xəmir üçün:
Yumurta-2 ədəd
Şəkər tozu-1 x.q
Süd 5 x.q və ya su
Çay sodası-1 ç.q
Qoz- 40 ədəd
Un-500 qr
Yumurta,şəkər tozu,çay sodası və südü (və ya su) bir qaba əlavə edib
qarışdırırıq.
Qozu blenderdən keçiririk.
Və həmin kütləyə əlavə edirik.
Unu əlavə edib xəmir yoğururuq.
Alınmış xəmiri 7 hissəyə bölürük.6-sı eyni ölçüdə, 1-i isə kiçik
Kündələri boşqab böyüklüyündə yayırıq, əlavə qalan xəmiri kiçik xəmirə
əlavə edirik. 200 dərəcədə 2-3 dəqiqə bişiririk
Krem üçün:
1L- xama
200 qr şəkər tozu
40- ədəd qoz
1 paket vanil
200 qr şəkər tozu
40- ədəd qoz
1 paket vanil
Xama ,şəkər tozu və vanili qatılaşana kimi qarışdırırıq.
Qozun bir hissəsini qovurub blenderdən keçirib kremə əlavə edirik.
Bişirdiyimiz xəmir laylarının arasını kremləyib qalan qozu ətrafına
şəkildə olduğu kimi düzürük.