Qadin.NET / "Albalılı naz" tortu (foto resept)

"Albalılı naz" tortu (foto resept)

[hide]

Tərkibi

Xəmir üçün:

200 q şokolad

200 q kərə yağı

7 ədəd yumurta

150 q şəkər tozu

250-300 q un

100 q nişasta

100 q üyüdülmüş  suxari

2 ç .q  vanil şəkəri

2 ç.q qabartma tozu və ya  1 ç. q soda

Krem üçün:

500 q  konservləşdirlimiş  və ya təzə albalı

500q xama

200q şəkər tozu

Hazırlanması:

 Şokoladı su buxarında əridin.

Bərk yağı sürtkəcdən keçirtdikdən sonra üzərinə şəkər tozu və vanil əlavə edin.

Yumurtanın ağını ayırdıqdan sonra sarısını yağa əlavə edərək yaxşı qarışdırırıq.

Əridilmiş şokaladı bura əlavə edərək qarışdırırıq.

Nişastanı da bura əlavə edirik.

Suxarini də  əlavə edirik.

Daha sonra qabartma tozu və un əlavə edilərək qarışdırılır.
  
Yumurtanın ağı çalınır.

Yumurtanın ağı şokalada əlavə edilərək səliqə ilə qarışdırılır.

Şəkildə görünən 26 sm diametrlik forma yağlandıqdan sonra xəmirin yarısı bura tökülür. 

 

Bunu 180 dərəcəlik sobada 25-30 dəqiqə ərzində bişiririk.  Eyni qayda ilə qalan xəmiri də bişirin.Nəticədə 2 bişirilmiş keksi horizontal şəkildə kəsin və beləliklə 4 kiçik keks alınacaq.

Krem üçün şəkər  tozunu və xamanı qarışdırın.

Albalının  tumları çıxarılır.

 

Keksə krem vurulur. 

Üzərinə ikinci keks qoyularaq yenidən kremlənir və üzərinə albalı qoyulur.

 

Bunun üzərinə üçüncü keksi qoyub kremləyirik.

Üzərinə dördüncü keksi qoyaraq  zövqə uyğun bəzəyirik.

Şəkildə görünən bəzək qaymaq, şokolad və albalıdır.

"Albalılı naz" tortu (foto resept)
Tortumuz hazırdır.                   
                                                                                                                               (Tərcümə olunub)
28 noyabr 2012
GO BACK