Qadin.NET / Bal tortu (foto-resept)

Bal tortu (foto-resept)

Tərkibi:

6 ədəd yumurta

5 stəkan un

2 stəkan şəkər tozu

4 x/q bal

2 paçka qabartma tozu

200 qram kərə yağı

2 paçka vanil

 

Kremi üçün:

4 stəkan süd

4 stəkan şəkər tozu

4 ədəd yumurta

12 x/q un

600 qram kərə yağı

3 paçka vanil


Hazırlanması:

Əvvəlcə kremi haırlayırıq. Göstərilən ərzaqların hamısını, yağdan başqa qarışdırıb orta dərəcədə odun üzərində bişiririk.

 

Bal tortu (foto-resept)

 

Bal tortu (foto-resept)

 

Bal tortu (foto-resept)


Hazır kütləni soyumağa qoyuruq. Xəmiri hazırlayırıq. Bunun üçün bizə su hamamı lazım olacaq. İri qazana su töküb qaynadırıq və xəmir hazırlayacağımız qabı qazanın ağzına yerləşdiririk. Qaba balı, yağı, şəkər tozunu əlavə edib, şəkər əriyənədək gözləyirik.

 

Bal tortu (foto-resept)


Yumurtanı kənarda çalıb asta-asta bu qarışığa əlavə edirik və 2-3 dəqiqə gözləyib odun üzərindən götürürük.

Dərhal qabartma tozunu və unu əlavə edib qarışdırırıq və xəmiri soyumağa qoyuruq.

 

Bal tortu (foto-resept)


Xəmir soyuduqdan sonra nazik yayıb sobanın listinə qoyuruq və bir neçə yerdən çəngəllə deşdikləyirik ki, köpüb qalxmasın.

 

Bal tortu (foto-resept)


Bütün layları bu cür bişirib soyuduruq. Sonra üst-üstə qoyub arasına hazırladığımız bişmiş kremdən çəkirik.

 

Bal tortu (foto-resept)


Sonda tortu zövqə görə bəzəyirik.

Bal tortu (foto-resept)
24 sentyabr 2012
GO BACK