Tərkibi:
100 qram peçenye
600 qram xama
2 çay qaşığı kofe
2 paçka jelatin
1 paçka kəsmik
7 xörək qaşığı şəkər tozu
100 qram qırmızı və qara qarağat
50 qram Neskvik şokoladı
1 banka konservləşdirilmiş şaftalı (təzə şaftalı da götürə bilərsiniz)
Hazırlanması:
Əvvəlcə adi qaydada kofeni hazırlayıb soyumağa qoyuruq, amma şəkər qatmırıq.
Sonra qarağatları və şaftalını təmizləyirik yuyub suyunun çəkilməsini gözləyirik.
Jelatinə 50 qram su əlavə edib qarışdırırıq.
Tortu hazırlayacağımız formaya yeyinti örtüyü çəkirik.
Qabın dibinə kofede isladılmış peçenyeni səliqə ilə yerləşdiririk.
Qalan peçenyeləri qabın kənarı ilə düzürük.
Başqa bir qabda xamanı, kəsmiyi və şəkər tozunu qarışdırırıq. Asta odda əridilmiş jelatini ilıq halda bura əlavə edirik.
Sonda meyvələri və Neskvik şokoladarını da əlavə edib yaxşıca qarışdırırırq.
Çox səliqə ilə meyvəli qarışığı formaya əlavə edirik.
Peçenyelərin artıq hissəsini kəsib yeyinti örtüyü ilə bağlayıb bir gecə saxlamaq şərtiylə soyuducuya qoyuruq.
Tortu boşqaba yerləşdiririk, örtüyü çıxarırıq.
Tortu mətbəxt şprisininköməyi ilə istədiyimiz kremlə və qarağatla bəzəyirik.
Nuş olsun!