Qadin.NET / "Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

"Sənan" tortu (istifadəçi: angel_m84)

 

Tərkibi:

6 yumurta

1,25 st. şəkər tozu

1 paket vanil

1 paket kakao (zövqə görə)

2-3 xörək qaşığı su

1,25 st. un

 

Krem üçün:

250 qr. yağ

1 banka qatılaşdırılmış süd

1 paket vanil

 

Şokolad qlazuru üçün:

3 x.q. kakao

1 st. şəkər tozu

1 st. süd

2 x.q. un

50 qr. yağ

 

Hazırlanması:

Yumurtaların ağını sarısından ayırırıq. Sarıları bir kənara qoyub, yumurtanın ağını bərkiyənə qədər çalırıq (mikserlə). Daha sonra şəkər tozunu əlavə edib çalırıq.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Yumurtanın sarılarını bir-bir əlavə edib, mikserin asta rejimində çox az çalırıq.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Unu, vanili, kakaonu ələkdən keçirib, bizeyə əlavə edirik. Çırpıcı vasitəsilə astaca qarışdırırıq.Ən sonda da suyu əlavə edib qarışdırırıq.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Biskvit bişirdiyimiz tavanın içinə yağlı kağız qoyuruq. İçinə xəmiri əlavə edib, bişməsi üçün 180 dərəcədə əvvəlcədən qızdırılmış sobaya qoyuruq. Təxminən 40-45 dəqiqəyə bişir.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Biskvit hazırdır.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Biskvit soyuyana qədər kremi hazırlayaq: Otaq temperaturunda yumşaldılmış yağı qatılaşdırılmış südlə çalırıq. Vanili də əlavə  edirik. Kremimiz hazırdır.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Soyumuş biskviti 2 hissəyə ayırırıq.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Birinci hissəni kremləyirik.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Üstünə doğranılmış qoz əlavə edib, ikinci hissəni də  üstünə qoyuruq.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Qlazur üçün lazım olan ərzaqları bir qaba əlavə edib, qarışdıra-qarışdıra vam odda bişiririk.Şəkər tozu əriyəndən sonra yağı da əlavə edirik. 

Şokolad qlazurumuz soyuduqdan sonra tortumuzun üstünə əlavə edirik.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

İstədiyimiz kimi tortumuzu bəzəyirik.

 

"Sənan" və "Zaxer" tortu (müəllif: angel_m84 və a.angel)

 

Nuş olsun!

 

 

 

"Zaxer" tortu (istifadəçi: a.angel)

 

Lazım olan ərzaqlar:

200 q yağ

200 q şəkər

200 q un

5 yumurta

150 q şokolad

Qabartma tozu

Vanil

 

Qlazur üçün:

2 qaşıq şəkər tozu

Azca su

100 q şokolad

 

Qrilyaj üçün:

Findiq və şəkər

 

Arası üçün:

Şaftalı cemi

 


Hazırlanması:

Əvvəlcə yumşalmış yağla şəkəri yaxşıca çalırıq. Sonra ardıcıllıqla

 


  üzərinə yumurtanın sarısını,

 

 


əridilmiş şokoladı,

əvvəlcədən çalınmış yumurtanın ağını əlavə edirik.

 


Sonra unu,qabartma tozunu və vanili də əlavə edib qarışdırırıq.

 


Xəmiri əvvəlcədən isidilmiş və yağlanmış tavaya tökub isidilmiş sobaya qoyub,bişiririk. Biskivit hazırdır, soyumasını gözləyək.

Soyumuş biskvitin arasını iti bıçaqla açib, cemi hər iki üzünə çəkirik.

 


Biskvitin cemlənmiş üzünü birləşdiririk.

İndi isə qlazuru hazırlayaq.

Tavaya su və şəkəri tökub qaza qoyuruq. Su qaynayandan sonra şokoladı içinə atıb əridirik.

 


yaxşıca qarışdırıb, tortun ustunə tökürük.

  


Qriliyaj üçün qabığı təmizlənmiş fındığı şəkərlə birlikdə ocağa qoyub qarışdırırıq.

 


Fındığın rəngi dəyişir.

 


Hazır fındığı üç-üç ayırıb tortun qırağına və ortasına qoyuruq.

 


Mən ortasına fındıq qoymadım, çünki tortu qızımın ad gününə bişirmişdim. Ortasına ad yazıb,tort bəzəkləri ilə bəzədim.

Tortumuz hazırdır.

Nuş olsun!

 


3 mart 2012
GO BACK