Tərkibi:
qəhvə
yumurta
şəkər tozu
yağ
un
qabartma tozu
Hazırlanması:
Yarım stəkan kefirə 3 çay qaşığı toz şəklində olan qəhvə əlavə edin. İki yumurtaya 1 stəkan şəkər tozu əlavə edilib yenidən qarışdırılır. Yumurtaya qəhvəli kefir, 100 qram yumşaldılmış yağ, 1 stəkan un, 1 paket qabartma tozu əlavə edilir.
Bu ərzaqları yaxşıca qarışdırın. Sobada 180-200 dərəcədə bişirin.
İstəsəniz şəkər tozundan, xamadan və 1 çay qaşığı qəhvədən krem də hazırlaya bilərsiniz.
Nuş olsun!